İlk Avropa Oyunlarına sən də qoşul!
30 may 2015 14:00
YAP Gənclər Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Bakı-2015 ilk Avropa Oyunlarına dəstək məqsədilə "İlk Avropa Oyunlarına sən də qoşul" devizi altında veloyürüş keçirilib. Azerisport.az xəbər verir ki, YAP Gənclər Birliyinin ofisinin qarşısından start götürməklə Olimpiya Stadionunun yanında yekunlaşan yürüşdə 100-dən artıq velosipedçi iştirak edib. AVİF mətbuat xidməfi yürüşdən fotoları təqdim edir.