Şəhər günündə velosiped bayramı
22 sentyabr 2014 18:35
Sumqayıt şəhərinin 65 illiyi münasibətilə təşkil edilən tədbirlər proqramı çərçivəsində bu gün "Gənclik şəhəri"ndə Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həvəskarlar arasında veloyürüş keçirilib. Azerisport.az xəbər verir ki, ardıcıl 4-cü ildi baş tutan yürüşdə müxtəlif yaş qrupuna aid 150-dən artıq həvəskar velosipedçi iştirak edib.
Yürüşü izləyənlər arasında Sumqayıt şəhər İH-nin başçısı Eldar Əzizov da olub. İştirakçılar Sumqayıt küçələri ilə 10 km məsafə qət ediblər. Maraqlı mübarizə şəraitində keçən yürüşün qalibləri pul mükafatı və digər qiymətli hədiyyələrlə təltif ediliblər.