İsgəndərov mübarizəyə başlayır
22 sentyabr 2014 15:00
Sentyabrın 21-də İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə növbəti dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, planetin ən güclülərinin mübarizə apardığı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə təmsil olunur.
Mübarizəyə ilk olaraq U-23 yaş qrupunda çıxış edən velosipedçimiz Tural İsgəndərov qoşulacaq - o, bu gün fərdi ötüşmədə (time trial) bacarığını nümayiş etdirəcək. Bu yaş qrupunda mübarizə Bakı vaxtı ilə 17:00-da başlayacaq. Turalın start xəttinə saat 17:32-də çıxması gözlənilir.