Bu gün «Xəzər Lənkəran»ın növbəti rəqibini görə bilərik
2 iyul 2010 12:24
Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda səfərdə Moldovanın «Olimpiya» (Beltsı) komandası ilə 0:0 heç-heçə oynamış Azərbaycanın «Xəzər Lənkəran» klubunun növbəti mərhələyə adlamaq şansları çox ümidvericidir. İkinci mərhələyə vəsiqə qazanmaq üçün lənkəranlılara doğma stadionda minimal hesablı qələbə də kifayət edir.
İkinci təsnifat mərhələsində bu cütlüyün qalibinin rəqibi Rumıniyanın «Dinamo» (Buxarest) klubu olmalıdır. Rumınlar hazırda Avstriyada təlim-məşq toplanışındadırlar və bu gün «Salzburger Land Cup 2010» turniri çərçivəsində Moskvanın «Lokomotiv» komandası ilə üz-üzə gələcəklər. KATV1 kabel televiziyasının abunəçiləri bu oyunu Bakı vaxtı ilə saat 16:55-dən etibarən «NTV+ Futbol» telekanalından canlı izləyə bilərlər.
Baxılıb: 1095
