Rostislav Pevstov Londonda çıxış edib
1 iyun 2015 14:15
Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Londonda keçirilən mötəbər Dünya Seriyasının etapında 17-cü yerə layıq görülüb. Azerisport.az xəbər verir ki, 750 metrlik su məsafsini idmançı 00:09:18 vaxt çərçivəsində başa vurub.
Ardınca isə velodistansiyanı 00:26:19 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - qaçış zolağını R.Pevtsov 00:14:33 nəticəsilə başa vurub.
Ümumi hesablamada R.Pevtsov 00:51.25 vaxt göstəricisilə 17-cü yeri layiq görülüb.