Bilgəhdə triatlon üzrə test yarışları keçirilib
2 may 2015 17:00
Mayın 2-də Bilgəhdə triatlon üzrə test yarışları keçirilib. Azerisport.az xəbər verir ki, bu turnir Avropa Oyunları ərəfəsində idmançıların yoxlanışı xarakteri daşıyırdı.
Turnirdə ölkəmizi gənclərdən ibarət yığma komanda təmsil edib. Komandanın tərkibində ən yaxşı nəticəni Denis Karçaşkin göstərib. O, ikinci olub. Orxan Heydərli isə üçüncü yeri tutub.