Fotoreportaj|Video|На русском

Triatlon

"Triatlon Azərbaycanda yeni idman növüdür və bu da məni xüsusilə cəlb edir"

27 yanvar 2015 13:15

Azərbaycanın tanınmış səyyahı Azər Qərib 2015-ci il Avropa Oyunlarında Triatlonun Ulduz səfiri seçilib. Tam əminliklə iddia etmək olar ki, yaxşıların yaxşılarının yarışlarından ibarət ilin ən vacib idman hadisəsi bütün dünyanın diqqət mərkəzində olacaq.

Azerisport.az xəbər verir ki, milyonlarla insanın nəzər nöqtəsi həm də triatlona yönələcək. Buna görə də Avropa Oyunlarının səfirlərinin üzərinə xüsusi missiya düşür. Sıx qrafikə baxmayaraq, Azərbaycan hüdudlarından kənarda olsa da, Azər Qərib Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırmaq üçün məmnuniyyətlə vaxt ayırıb.

- Avropa Oyunlarında Triatlon üzrə Ulduz səfir olmağa sizi ilk növbədə nə həvəcləndirdi?
- Bu təklif mənə Azərbaycan Triatlon Federasiyasının icraçı direktoru Azər Məhərrəmovdan gəldi. Buna görə mən ona hədsiz minnətdaram. Bu təşəbbüsü mən böyük məmnuniyyətlə qəbul elədim, çünki, Avropa Oyunlarının populyarlaşması işində, kiçik də olsa belə, töhfə verməyi özümə şərəf bilirəm. Sözsüz ki, bu Oyunlar ölkəmizin həyatında tarixi hadisə olacaq.

- Seçiminizi niyə məhz triatlon üzərində saxladınız?
- Açığını söyləsəm, idman növünün seçimini mən müəyyənləşdirməmişəm, amma öz növbəmdə deyim ki, bu idman növünü təmsil edəcəyimə hədsiz şadam. Bu, Azərbaycanda yeni idmandır, mənsə həmişə istənilən yeni hadisənin mərkəzində olmağı sevmişəm. Bundan başqa, bu, Olimpiada dissiplinidir, bir sözlə, fəxr etmək üçün çoxlu əsas var.

- Avropa Oyunları ərəfəsində triatlonun təbliğat və təşviqatı üçün hansı işlərin həyata keçirilməsi planlaşdırılır?
- Avropa Oyunlarının səfirləri qarşısında dayanan əsas vəzifə - hansısa dissiplinin Azərbaycanda nəinki daha da kütləviləşdirilməsi, populyarlaşmasıdır, eyni zamanda bütoblükdə idmanın və sağlam həyat tərzinin populyarlaşdırılmasıdır. Səfirlər tələbə və şagirdlərlə mütəmadi görüşlər keçirəcəklər, bir sıra tədbirlərdə, o cümlədən “Avropa Oyunlarına 100 gün qaldı” mərasimində iştirak edəcək, Olimpiya məşəli ilə məsafələr qət edəcəklər, sosial şəbəkələrdə öz fikirləri və mövqelərilə bölüşəcəklər, bir sözlə Avropa Oyunlarnın əsl bayrama çevrilməsi üçün əllərindən gələni edəcəklər. Triatlona gəldikdə isə deyim ki, yarışlar çox gözəl bir məkanda – “Amburan” kompleksində olacaq və mən dostrlarımı, tanışlarımı, tamaşaçıları, oxucularımı və sosial şəbəkələrdəki abunəçilərimi bu yarışlara aktiv dəvət edəcəm. Qeyd etmək istəyirəm ki, beynəlxalq yarışlardakı çıxış nöqteyi-nəzərindən çox gənc olmasına baxmayaraq, komandamız artıq yüksək mükafatlar əldə edib. Yaxşı əsas qoyulub, mükafatlarımız da axrıncı yox, axarıncı olsun.

- Bəs, triatlon şəxsən Sizin özünüzə, ruhunuza nə qədər yaxındır?
- Uzgüçülüyü deyə bilmərəm, amma vaxtilə mən çox fəalcasına qaçışla məşğul olmuşam, elə veloidmanla da. Ona görə də, dolayısı da olsa, mənim triatlona birbaşa aidiyyatım var (gülür). Bununla yanaşı, indi yenidən qaçmaq və velosiped sürmək üçün əlavə stimulum peyda olub.

- Yaxın vaxtlarda Sizin triatlona dair hər hansı bir statusunuz və ya yazınızı gözləmək olarmı?
- Birmənalı şəkildə bəli. Axı, Avropa Oyunlarınadək olan müddətdə və sözsüz ki, Oyunların gedişatında mən mətnlər də yazacam, fotoçəkilişlər də həyata keçirəcəm, bir sözlə əlimdən gələni edəcəm ki, mənim oxucularım Avropa Oyunlarını tək KİV-lərin reportajlarından görməsinlər, bu “mətbəx”lə daha yaxından tanış olsunlar. Özü də nəinki Oyunlar barədə, sözsüz ki, ən başlıcası, triatlon yarışlarından.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah