Fotoreportaj|Video|На русском

Taekvondo

Fəridə Əzizova: Hətta yüksək vəzifəli şəxslərdən sevgi mesajları alıram

19 sentyabr 2016 18:00

Azerisport.az sizi yeniyetmələr arasında Dünya, gənclər arasında Avropa Çempionu, I Avropa Oyunlarının gümüş medalçısı, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taeкvondoçu Fəridə Əzizovanın müsahibəsi ilə tanış edir:

- Sizin üçün daha bir olimpiya oyunları artıq geridə qaldı. Hamı sizdən medal gözləyirdi. Ümumilikdə, nəticələri necə qiymətləndirirsiz? Sizi qane edir?
- Olimpiada sürprizlərlə doludur. Əlbəttə, mən Riodan daha yüksək nəticə ilə gəlməli idim. Çünki sırf finala getmək üçün hazırlaşmışdım, çox da yaxın idim. Amma olmadı. Nəticəmdən xoşum gəlmir, daha yaxşı ola bilərdi. Ətrafımdakı insanlar deyir ki, olimpiya beşincisisən, kefini pozma. Amma üçlükdə olub medal qazanmaq hər bir idmançının arzusudur.

- İstər qızıl olsun, istər digər yerlər Avropa Çempionatlarında kifayət qədər nəticə göstərmisiniz. Ancaq nədənsə Olimpiya Oyunlarında eyni uğuru qazana bilmirsiz.
- Mən bu dəfə gördüm ki, yarışda idmançını udmaq bəs eləmir. Rinqə çıxanda biz hakimlərlə də mübarizə aparırıq. Hakimlər bəzən yorğunluqdan, bəzən bilmədiyindən, bəzən də istəyərək səhv edir. Bu səbəbdən də oyunçu hər şeyə hazır olmalıdır. Mənim medalsız qayıtmağımın bir səbəbi də hakimlərin səhvi oldu. 4 il əvvəl London Olimpiadasında mənim başa vurduğum təmiz zərbə sayılmamışdı, Rioda isə rəqibin tutaraq başıma vurduğu zərbə xal kimi sayıldı. Etiraz kartıma heç baxmadılar. Əslində koreyalı idmançı cərimələndirilərək 3 xalı silinməli idi. Sonradan baxmışam ki, baş hakimlər və təkrar videolara baxanlar həmin ərəfədə feysbukda canlı yayımda olublar. Deyən ola, bir başınızı telefondan çıxardıb döyüşə baxın. Bəlkə udan var, uduzan var, bəlkə biri elə orada ölür.

- Bildiyim qədərilə Olimpiadadan sonra hər şey bitdi demisiniz, ancaq sonra baş məşqçi Səbuhi Zülfüqarovun əziyyətini yerə vurmamaq üçün gələn Olimpiadaya daha yaxşı hazırlaşmaq qərarına gəlmisiniz.
- Baxmayaraq ki, Səbuhi müəllim mənim şəxsi məşqçim deyil, ancaq onun üstümdə əziyyəti həqiqətən də çoxdur. Oyunlara hazırlaşanda nə gecələr, nə gündüzlər yatırdı. Mənim şəxsi məşqçim Kamran Qəribovdur, ancaq hazırda məşqçimi dəyişmək istəyirəm. Çünki məşqçim mənimlə axırıncı dəfə 3-4 il qabaq maraqlanıb. Səbuhi müəllim mənim üçün Rioya getdi, ancaq şəxsi məşqçim olmadığı üçün oyunlarda arxamda çıxa bilmədi. Bəlkə də, rinqdə arxamda məşqçim dayansaydı, mən o yarımfinalı udardım. Hər dəfə düşünəndə bu bəlkələr məni məhv edir.

- 15 ildir ki, idmanla məşğul olursan, o zamanlar bizdə taekvondo idman növü elə də məşhur deyildi, marağının səbəbi nə oldu?
- Balacalıqdan çox dəcəl uşaq olmuşam. Hər zaman oğlanlarla dalaşırdım, futbol oynayırdım. Demək olar ki, oğlanlarla böyümüşəm. Döyüşə hər zaman marağım olub, amma idmana gəlməyimin səbəbi o vaxt səhhətimdə olan problemdir. Həkim qan dövranımın yaxşı hərəkət etməsi üçün daha çox ayaqları hərəkətdə olan bir idman növü məsləhət görüb və mən də taekvondoya yazıldım.

- Yəqin, oğlanlarla böyüməyinin nəticəsidir ki, biz səni həmişə saçı qısa, oğlan kostyumlarında, geyimlərində görürük.
- Belə mənə çox rahatdır. Nə makiyaj çəkməyi xoşlayıram, nə də ki bacarıram. Bundan başqa, makiyaja qarşı allergiyam da var. Fotosessiyalara çəkiləndə makiyaj edirlər, sonra 3 gün qaşınıram. Həm də ki, təbii gözəllik daha yaxşıdır. Ətəyi bircə tədbirlərdə geyinirəm. Bilirəm yaraşmır, xoşlamıram, amma bu öhdəlikdirsə, çalışıram ki, əməl edəm.

- Ətəkli şəklinizin altında bir şərh gözümə dəymişdi. İzləyicilərinizdən biri “sən oğlan deyilsən ki?” yazmışdı. Bu kimi reaksiyalar çox olur?
- Həddindən artıq çox olur. İnstaqramda çox şəkil paylaşıram və şəkillər də məşqlərimizdən olur. Adıma heç fikir vermirlər. Elə bilirlər, oğlanam və yaxud qız adı ilə girmişəm. Bəlkə də, bu, dünya görüşünün azlığından irəli gəlir. Axı, hamı eyni cür geyinmək məcburiyyətində deyil. Qız saçını kəsdirir, oğlan deyirlər, oğlan saçını uzadır, qız deyirlər. Oğlan stili daha az vaxt tələb edir. Şalvar, kofta bitdi. Həm də bu tərz mənə yaraşır. Mənim bədən quruluşum çox kobuddur. Bizdə elə qızlar var ki, məsələn, Patimat, Günay Ağakişiyeva, idmançı olsalar da, bədən quruluşları incədir. Onlara yaraşır. Amma bizim ailədə genetik olaraq çiyinlər böyükdür, fiziki güclü görünürük. Yaraşmayan bir şeyi geyinib başqa sözlər eşitməkdənsə, yaraşanı geyinib oğlan adlandırılmaq daha xoşdur.

- Bəs bu görünüşünüzə əks cinsin münasibəti necədir? Sevgi mesajları alırsınız?
- Həddindən çox insan yazır. Mən insanlarla ünsiyyətdə olmağı sevirəm, bu, mənim kənardan görünən səhvlərimi düzəltməyə köməklik edir. Ancaq əfsuslar olsun ki, yazanların çoxu şəxsi maraq güdür. Yəqin ki, fikirləşirlər, idmançıdır, qalib gələndə prezident mükafat, ev verir. Yazanlar sadəcə adi insanlar deyil, tanınmış, yüksək vəzifələrdə olanlardan da sevgi mesajları alıram. Bu səbəbdən məcbur qalıb sosial şəbəkələrdə də münasibətimi nişanlı olaraq qeyd etmişəm. Çünki bu kimi mesajlara yox deməkdən, başqa bir insanın olub olmadığını izah etməkdən yorulmuşdum.

- Bəlkə də fərqliliyinizə görə maraq belə böyükdür?
- Mən də elə düşünürəm. Çünki çox vaxt yazırlar ki, digər qızlara oxşamıram və bu, onlara maraqlı gəlib. Amma mən başa düşmürəm. Oğlan kimi geyinirəm, davranıram, bir oğlanın oğlan kimi geyinən birindən necə xoşu gələ bilər axı? (gülür)

- Bayaq dediniz ki, adıma heç fikir vermirlər. Bəs adınızı oxumayıb yazan qızlar olur?
- Hə, o da olur. Yazırlar qızsız, ya oğlan? Deyirəm, adıma baxın, biləcəksiz. Küçədə gedəndə xoşu gəlib yaxınlaşan çox qız olub. Demişəm ki, mən qızam, çox məyus olublar. İdmançılarımız həmişə mənə deyirlər ki, yarışlarda sən yanımızda gedəndə qızlar bizə baxmır. Düzdür, çox idmançılar tanıyır, ancaq təzə gələnlər bilmirlər. Oğlan idmançılarımızın yanında gedəndə də o qızlar mənə baxır. Onlar da həmişə “bəsdir də Fəridə, bizim yanımızda getmə” deyirlər.

- Bəs taekvondodan başqa nələrə marağınız var?
- Şəkil çəkdirməyi və çəkməyi sevirəm. Boş vaxtlarımda rolik, velosiped sürürəm, bilyard oynayıram. Daha çox aktiv istirahət edirəm. Həm gələcək fəaliyyətim üçün, həm də marağım böyük olduğu üçün psixoloji, dedektiv kitablar oxuyuram. Mənə görə, psixologiyanı bilmək hamı üçün vacibdir. Bir idmançı kimi mənə bunu demək çətin olsa da, ancaq idman bu gün var, sabah yoxdur. Təzə idmançılar gələ bilər, zədə ala bilərik. Bunun üçün də idmançı öz üzərində işləməlidir. Ən azından dünya görüşün, ağlın olmalıdır ki, sən yaşayasan.

- İdmançı üçün yaş, zaman çox vacibdir. Hazırda 21 yaşınız var. Bu yaşa kimi qarşınıza qoyduğunuz məqsədlərə çata bilmisiz?
- Belə deyim, 21 yaşlı bir gəncin edə biləcəyi çox şeyi etmişəm. Bakıda nə evim, nə də qohumlarım var idi. Tanımadığı insanlarla qalmaq da bir idmançı üçün çox çətindir. Biz vaxtı-vaxtında yatmalı, durmalı, bir sözlə, disiplinli olmalıyıq. Tələbələrlə qalanda da bunu etmək çətin olur. Avropa Çempionu olan zaman prezident mənə ev verdi. Dəfələrlə beynəlxalq yarışların qalibi olmuşam, İdman Akademiyasında oxuyuram. Akademiyanı bitirdikdən sonra hüquqa vermək istəyirəm, bu, mənim çoxdanki arzumdur. Hüquqlarının tapdanmamasını istəyən hər bir kəs qanun-qaydaları bilməlidir. Daha sonra, polis olmaq istəyirəm.

- Belə görürəm ki, planlarınız yaxın 5-6 ili əhatə edir. Bəs bu planların arasında evlilik yoxdur?
- Əslində, idmanla ailə həyatı çox çətindir. Bu cəhətdən tələsmirəm. Hələ 21 yaşım var və olimpiadadan sonra bu haqda nəsə fikirləşmək olar. Məsələn, Mariya Stadnikin həyat yoldaşı da idmançıdır və bir idmançını ən çox həmkarı yaxşı anlaya bilər.

- Yığmamızda medal qazananların çox xarici vətəndaşlar olur. Qızıl medal siyahısında Fəridə adını görmək hamı üçün xoş olar. Növbəti Olimpiada üçün sizdən “qızıl” gözləyək?
- Mən bunun üçün əlimdən gələn hər şeyi edəcəm. Məşqlərimi qızıl medaldan da üstün nəyisə məqsəd tutub edəcəm ki, ən azı ölkəmə “qızıl”la qayıda bilim.

- Son olaraq, taekvondoya yeni başlayanlarla görüşüb söhbətləşirsizmi?
- Bayaq da qeyd etdiyim kimi, səmimiyyəti çox sevirəm. Bəzi idmançıların uğur qazandıqca özünü dartıb çəkməsi heç xoş deyil. Təzə başlayan idmançılar mənə tez-tez yazır. Suallarını cavablandıranda mənə deyirlər ki, həqiqətən də Fəridəyəm? Çox sevinirlər və bu sevinc mənə də xoş təsir edir, mən də olarla birlikdə sevinirəm. İnsan sadə olanda sevinməyə çox şey tapır, özünü göylə aparanda bir sədd çəkir və bu, onun üçün daha pisdir. Atalar demiş, ağac bar verəndə başını aşağı əyər. Bax, bu kəlam hər zaman qulaqlarımdadır. Yekəxana olmaq heç kimə başucalığı gətirməyib, gətirməyəcək də.

(Qafqazinfo.az)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah