Millimizin təlim-məşq toplanışı başladı
8 iyun 2016 16:30
Taekvondo üzrə böyüklərdən ibarət milli komandamız təlim-məşqlərə start verib. Azerisport.az xəbər verir ki, gün ərzində iki dəfə, baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə məşq edən kişi taekvondoçularımız, hal hazırda təlim-məşqləri Azərbaycan Taekvondo Fedrasiyasının inzibati binasının zalında keçirir.
Qadın taekvondoçulardan isə “Rio” Olimpiadasına lisenziyanı təmin edən Patimat Abakarova (49 kq), həmçinin Yaprak Erişin (62 kq) hazırlıq məşqləri iyulun 8-dək Koreyada keçəcək. Baş məşqçi Sun Mi Park iki idmançımızın Asiyada hazırlıq keçməsini məqsədəuyğun hesab edib.-67 kq çəki dərəcəsində Olimpiadaya lisenziya qazanan Fəridə Əzizova (67 kq) isə şəxsi məşqçisinin rəhbərliyi altında hazırlaşır.