Fransadan dörd medalla
20 fevral 2013 15:39
Fransada güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan millisi pnevmatik tapançadan atəşaçma yarışlarında dörd medal qazanıb.
Atıcımız Ruslan Lunov bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Müxtəlif məsafələrə atəşaçma yarışlarında İradə Aşumova iki gümüş medal qazanıb.
Yeniyetmələrin yarışında isə Urfan Axundov bürünc medalla kifayətlənib.