Mahir nişançı turniri keçiriləcək
23 fevral 2012 15:24
2007-ci ildən etibarən 26 fevral- Xocalı faciəsinin ildönümü münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə turnir keçirilir. Azerisport.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd, 20-ci əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırım qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək,gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərilməsi, güllə atıcılğı idman növünün geniş təbliğ edilməsidi.
Nazirlik, bu il Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə güllə atıcılığı üzrə turniri Azərbaycan respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və Azərbaycan Tələbə Gənclər Təşkilatlatı İttfaqı ilə birgə 24 fevral 2012-ci il tarixdə saat 11:00-da Bakıxanov qəsəbəsində yerləşən 1N-li texniki İdman cəmiyyətinin həyətində keçirəcək.