Fotoreportaj|Video|На русском

Rio-2016

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

25 sentyabr 2016 15:30

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:

- Olimpiadadan sonra istirahət davam edir, yoxsa məşqlərə başlamısan?
- Hazırda Bakıdayam. Yığmanın məşqlərində iştirak edirəm. Hazırlıq prosesini Nurəddin Rəcəbov və Akif Əliyevin rəhbərliyi altında keçirik.

- Cəmşid Xeyrabadini baş məşqçi postunda Şaban Donatın əvəzləyəcəyi gözlənilir…
- Onun məsələsi hələ dəqiqləşməyib. Hazırda yüngül məşqlər keçirik.

- Dekabrda Macarıstanda keçiriləcək dünya çempionatına qatılacaqsan?
- Elə bir fikir var. Amma o hələ dəqiq deyil. Bəzi yarışlarda 71, bəzi turnirlərdə isə 66 kq-da çıxış edəcəyəm.

- Olimpiadadan sonra hər hansı zədə yoxdur?
- Yox, hər hansı zədə yoxdur. Ancaq ağır mövsümdən sonra yüngül məşqlərlə kifayətlənirik ki, orqanizm özünə gəlsin.

- Olimpiadadakı çıxışından razı qaldın?
- Mən heç vaxt çıxışımdan razı qalmıram. Hər yarışdakı çıxışımı təhlil edirəm ki, növbəti turnirdə həmin səhvləri təkrarlamayım. Amma Olimpiadada hər medalın dəyəri var. Deməzdim ki, tam razı qaldım. Amma bürünc medala görə də şükr edirəm. Çalışacağam ki, gələcək yarışlarda daha uğurlu çıxış edim.

- Çəkisalma sənə hansısa problem yaratmadı?
- Yox, bununla bağlı məndə hər hansı problem olmadı. Amma bəzi nüanslar var ki, onları açıqlaya bilmirəm.

- Çoxları baş məşqçi Cəmşid Xeyrabadinin funksional hazırlığı düzgün keçmədiyi üçün yunan-Roma güləşində nəticələrin yaxşı olmadığını düşünür. Bu haqda sənin də fikirlərini bilmək maraqlı olardı.
- Olimpiadada çempion ola bilməməyim bəzi insanların günahıdır. Məşqçilər bizi çox yaxşı hazırlaşdırmışdı. Ötən il Avropa Oyunlarının və dünya çempionatının qalibi oldum. Yığmayla Dünya Kubokunu qazandım. Unutmayaq ki, həmin vaxt millidə baş məşqçi Cəmşid Xeyrabadi idi. Amma mənimlə şəxsən yığmada köməkçi-məşqçilərdən biri olan Fuad Rəhmani işləyirdi. Son 4 ildə güləşəndə o xalçanın yanında o əyləşir. Onunla həm dost, həm də qardaş kimiyik. Sadəcə, daha yaxşı çıxış etməyimə bəzi səbəblər imkan vermədi. Təəssüf ki, bunu açıqlaya bilmirəm. Baş məşqçi mənim yerimə güləşəsi deyildi ki. Uğursuzluqda məşqçilərin günahının olduğunu düşünmürəm.

- Yarımfinaldakı məğlubiyyəti psixoloji təzyiqlə bağlamaq olar?
- Bəzi insanlar vardı ki, mənim psixoloji durumumu korladı.

- Adlarını çəkmədiyin şəxslər indi də Güləş Federasiyasında çalışır?
- Yox, burada federasiyalıq bir iş yoxdur. Onlar başqa şəxslərdir.

- Yarımfinalda serbiyalı Davor Ştefaneklə qarşılaşsaydın, sənin üçün daha münasib olardı?
- 1/8 finalda məğlub etdiyim rusiyalı İslambek Albiyev son Avropa çempionatının finalında Ştefanekə 9:0 hesabıyla qalib gəlmişdi. Davoru mən də bir dəfə eyni hesabla üstələmişəm. Mənim üçün heç bir rəqibin fərqi yox idi. İstənilən rəqibə Olimpiadaya 2 həftə qalmışa kimi qalib gəlməyə qadir idim. Amma son 2 həftədə bəzi insanlar məni psixoloji cəhətdən geri saldı. Ümidvaram ki, lazımi tədbirlər görülüb və onlar layiqli cəzasını alacaq.

- Finalı izlədin?
- Son görüşə baxmamışam. 3-cü yer uğrunda qarşılaşmadan sonra məni dopinq-nəzarətə apardılar. Məndən test götürdülər. Ona görə finalı izləmədim. Heç sonra da həmin görüşə baxmadım.

- Atletlər kəndindəki qidadan narazılıq edənlər var idi. Sən də yeməklərdən narazı idin?
- Mənim üçün hər hansı problem olmadı. Pəhrizimə həmişə sadiqəm. Qarşıma çıxan hər şeyi yemirəm. Rioda hansısa problemlə üzləşmədi.

- Qarşıdakı olimpiya tsiklində həm 66, həm də 71 kq-da çıxış edəcəksən?
- Özümü çox yükləməmək üçün bir çox yarışlarda yuxarı çəkidə mübarizə aparacağam. Ancaq əsas yarışlarda 66 kq-da çıxış edəcəyəm. Bəlkə arada 75 kq-da da qüvvəmi sınadım. Belə bir ehtimal da var. Ancaq çəkim azdır. Bu üzdən həmin kateqoriyada daimi qalmağı düşünmürəm. 75 kq-da növbəti Olimpiadada uğur qazanmaq mənim üçün çətin olar.

- İlin sonunda keçiriləcək ölkə çempionatına qatılacaqsan?
- Böyük ehtimalla, yox.

Другие новости этого раздела

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb23 sentyabrParalimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı23 sentyabrİlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı21 sentyabrAzərbaycan Paralimpiadada 48-ci yeri tutdu19 sentyabrDmitri Saleydən ikinci gümüş medal18 sentyabrSamir Nəbiyev 7-ci oldu17 sentyabrDmitri Saley finalda sonuncu oldu17 sentyabrRəfiyev medalın bir addımlığında dayandı17 sentyabrCəbrayılov starta çıxmadı17 sentyabrCəbrayılov finalda sonuncu oldu16 sentyabrZinyət Vəliyeva startdaca uduzdu15 sentyabrÇebanu finala vəsiqə qazana bilmədi15 sentyabrRoman Saleydən Rioda gümüş medal!15 sentyabrElmir Cəbrayılov finala yüksəldi14 sentyabrTaranova finala yüksələ bilmədi14 sentyabr
22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu17:00 Şahin Diniyev: Bir qol lazım idi ki, ardı gəlsin
BAKU 2020
Neftchi fan shop