Roman Saley daha bir şansı boşa verdi
13 sentyabr 2016 00:50
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların növbəti günündə Azərbaycan üzgüçüsü Roman Saley də medal üçün mübarizə aparıb.
O, 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında çıxış edib. Roman təsnifatda bu məsafəni 4:13.83 dəqiqəyə qət edib. Bu nəticə ilə o, öz qrupunda üçüncü, ümumilikdə dördüncü olub. Bu, Saleyə finala vəsiqə qazandırıb.
Lakin onun finaldakı çıxışı uğursuz alınıb. 4:19.34 dəqiqəlik nəticə idmançımızın 8 ən güclü arasında yalnız yeddinci olmasına imkan verib.
Qeyd edək ki, R.Saley Riodakı ilk cəhdində 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 4-cü yeri tutmuş, 200 metr məsafəyə kompleks üsulla üzmədə isə finala çıxa bilməmişdi.