Taranovanın Rioda ikinci cəhdi uğursuz oldu
11 sentyabr 2016 20:30
Rio-de-Janeyroda təşkil olunan Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların dördüncü günündə daha bir Azərbaycan idmançısı mübarizəyə qoşulub.
Yelena Taranova 25 metr məsafəyə tapançadan atəşaçmada yarışıb. Amma onun təsnifat mərhələsindəki çıxışı uğurlu alınmayıb. 31 idmançı arasında 560 xal toplayan Taranova 13-cü olub ki, bu da yarımfinala çıxmağa imkan verməyib.
Qeyd edək ki, Taranova Riodakı ilk sınağında 10 metr məsafəyə yarışlarda dördüncü yeri tutmuşdu.