Çebanu yarımfinala yüksəldi
8 sentyabr 2016 19:00
Rioda Yay Paralimpiya Oyunları start götürüb.
Azerisport.az xəbər verir ki, ilk yarış günündə atletika yığmamızın üzvü Yelena Çebanu mübarizəyə qoşulub.
100 metr məsafəyə qaçışda 12,24 saniyəlik nəticəyə imza atan təmsilçimiz bütün iştirakçılar arasında ikinci yeri tutmaqla yarımfinala vəsiqə qazanıb.