Azərbaycan 18 medalla 39-cu oldu
22 avqust 2016 00:00
Rioda Yay Olimpiya Oyunları başa çatıb.
Azerisport.az xəbər verir ki, Azərbaycan bu Olimpiadanı 18 medalla 39-cu yerdə başa vurub.
İdmançılarımızın qazandığı medalların 1-nin əyarı qızıl, 7-nin əyarı gümüş, 10-nun əyarı isə bürüncdür.
Rio Olimpiadasında bütövlükdə 86 ölkə medal sevinci yaşayıb. Rio Olimpiadasının qalibi ABŞ olub. Bu ölkənin idmançıları 45 qızıl, 37 gümüş, 38 bürünc medal qazanıb.
Böyük Britaniya ikinci (27-23-17), Çin üçüncü (26-18-26), Rusiya dördüncü (19-18-19), Almaniya beşincidir (17-10-15).