Fotoreportaj|Video|На русском

Digər növlər

"Bakının Formula1 kimi mötəbər yarışa ev sahibliyi etməsi labüd idi"

12 noyabr 2015 14:20

Bildiyiniz kimi, gələn il ölkəmizdə Formula1 çempionatı debüt edəcək. Azerisport.az xəbər verir ki, iyunun 19-da keçirilməsi planlaşdırılan Avropa Qran Prisi paytaxt Bakımızın küçələrində baş tutacaq.

Yarışın təşkilati işləri ilə məşğul olan "Bakı Şəhər Halqası" (keçmiş "Baku Grand Prix") şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai "Formula1 Azərbaycanda" saytı üçün eksklüziv müsahibə verib. Həmin müsahibəni nəzərinizə çatdırırıq.

- Gəlin lap əvvəldən başlayaq. 5 il əvvəl biz İdman və Gənclər naziri Azad Rəhimovdan ölkəmizdə Formula1 yarışının keçirilməsi barədə soruşduqda, cavab vermişdi ki, hələ dövlətimiz belə bir yarışın keçirilməsində maraqlı deyil. Maraq necə yarandı?
- Düşünürəm ki, bu işlərin məntiqi bir nəticəsi idi. Belə ki, 5 il əvvəl indi mövcud olan infrastruktur yox idi. Son illər ərzində Azərbaycan artıq çoxlu sayda beynəlxalq tədbirə ev sahibliyi edib. Avroviziya mahnı müsabiqəsi, dünya və Avropa Çempionatları, Bakı 2015 Avropa oyunları və s. kimi tədbirlərə hazırlıq zamanı şəhərimizdə lazımi infrastruktur hazırlıqları aparılıb, yollar, mehmanxanalar, idman obyektləri və s. tikililər hazır vəziyyətə gətirilib. Ölkəmizdə idmanın inkişafına xüsusi önəm verilir. Bütün bu tədbirlərdən sonra Bakının Formula1 kimi mötəbər bir yarışa ev sahibliyi etməsi labüd idi.

- Beləliklə, sizin təmsil etdiyiniz "Baku Grand Prix" (hazırda "Bakı Şəhər Halqası") şirkəti quruldu və FOM-la işgüzar danışıqlar başlandı. Berni Ekklstonla razılıq necə əldə edildi?
- Danışıqlar 1 il sürdü və hər iki tərəfin maraqlarına cavab verən şərtlərlə müqavilə bağlandı.

- Formula1 tarixində görünməmiş müddətə - 9 illik müqavilə bağlandı. Amma bizim Azərbaycanda, Bakıda keçirilən yarış Avropa Qran Prisi adlanacaq. Nə zamansa bu yarışın adının dəyişdirilməsi nəzərdə tutulubmu?
- Əvvəlcə qeyd edim ki, müqavilə 10 il müddətinə bağlanıb. Bildiyiniz kimi, Formula1 Qran Pri yarışı miqyasına görə beynəlxalq çempionatdır və mütəmadi olaraq hər il təxminən 20 ölkədə və 5 qitədə təşkil olunur. Tədbirə ev sahibliyi edən ölkələr hər biri özlüyündə nadir cəhətləri və müxtəlif kriteriyalar üzrə bir-brindən seçilir. Bu kriteriyalara ölkənin yerləşdiyi coğrafi məkan, yarış trekinin şəhəriçi və ya şəhərdən kənarda olması, gündüz və ya axşam saatında keçirilməsi və s. daxildir.

Buradan çıxış edərək demək olar ki, iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulan yarışa Avropa Qran Prisi adı verilməsi sırf ölkəmizin coğrafi təsnifatı ilə bağlı bir məqamdır. Avropa Qran Prisi titulu Valensiyadan sonra boş idi və bu titulu bizə təklif edəndə onun məmnuniyyətlə qəbul etdik. Belə ki, son illər ölkəmiz Avropaya inteqrasiya yolunda bir çox təbdirə imza atıb. Düşünürük ki, Qran Prinin Avropa qitəsi ilə əlaqələndirilməsi Bakı şəhərinin Avropadan gələn Formula1 azarkeşləri üçün turizm istiqaməti kimi tanınmasına kömək edəcək. Unutmaq lazım deyil ki, Qran Pri paytaxtda, Bakı Şəhər Halqası trekində keçiriləcək və müvafiq kontekstlərdə bu trekin adına da istinad olunacaq. Lakin, əlbəttə, biz bir zaman bu adı dəyişməyi düşünürük.

- Keçən il elə bu vaxtlar Berni Ekklstoun və Hermann Tilke ölkəmizə gəlmişdilər – onların təqdim etdiyi trasın konfiqurasiyası sizinlə razılaşdırılmışdı? Yəni təqdim edilən versiyada sizin hər hansı bir təklifiniz nəzərə alınmışdı?
- Bizim trasın konfiqurasiyası çox maraqlıdır. Biz əminik ki, 20 müxtəlif çətinlikli döngəni, dar keçidləri və ən maraqlısı - 2.2 km uzunluğu olan sahilboyu zolaqda 340 km/saat sürətə çatmağa imkan verən Bakı Şəhər Halqası, cari Formula 1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacaq.

Yarış zamanı avtomobillər Dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcəklər. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin müasirliyi və qədim tarixi gözəlliyi birləşdirən tam simasını görə biləcəklər. Biz əminik ki, F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcəyik.

- Nə zamansa Azərbaycan yarışını şəhər trasında deyil, stasionar trasda keçirmək planlaşdırılırmı?
- Doğrusu belə plan yoxdur. Bakının məhz şəhər trasına ev sahibliyi etməsi təsadüfi hal deyil. Bu öncədən planlaşdırılmış bir addım idi. Belə ki, artıq qeyd etdiyim kimi, yarışı izləyən tamaşaçılar Bakının tam simasını görə biləcəklər, bu da, turizm potensialını inkişaf etdirmək və Bakını regional mərkəz kimi təqdim etmək baxımından çox önəmlidir.

- Formula1 təqvimində şəhər trasları çox olub, elə indi də Melburn, Monako və Sinqapur Qran Priləri var. Bu trasların təcrübələri öyrənilirmi?
- Formula1-in gələn mövsüm üçün ilkin təqvimində yer alan şəhər trekləri arasında Monako, Sinqapur və Melbrunla yanaşı Bakı Şəhər Halqası da var. Əlbəttə, bizdən öncə olan şəhər yarışlarının da təcrübəsi öyrənilir, maarfiləndirici səfərlər təşkil olunur. Bizə Sinqapur modeli daha yaxındır. Bu məqamda mən yarışın iqtisadi faydasından söz açmaq istərdim. Belə ki, yarışa ev sahibliyi edən ölkələrin mənfəətini bir neçə faktor müəyyən edir: təşkilatçı ölkənin dünya mediasında istisnasız yayımı və təbliğatı (yarış 187 ölkədə 500 milyondan çox tamaşaçı tərəfindən izlənilir), turizmin yüksəlişi, avia uçuşlarda artım və otel infrastrukturunun tam istehlakı. Misal üçün, Sinqapurun Qran Pri günləri ilə əlaqədar ölkədə avia uçuşlarda, bilet satışlarında, otel və restoranlar şəbəkəsinin fəaliyyətində görünməmiş canlanma müşahidə olunur. Biz Sinqapur təcrübəsinin müsbət tərəflərini Azərbaycanda da tətbiq etmək istərdik.

- Qran Pri 3 gün davam edəcək – trasa yaxın ərazilərdə hərəkət qrafiki necə olacaq? Ərazidə yerləşən dövlət qurumlarında, firmalarda iş qrafiki dəyişdiriləcək?
- Qran Pri günlərində trek üzərinə düşən yollar yarış saatlarında tamamilə, qeyri-yarış saatlarında isə qismən bağlı olacaq. Bununla bağlı şəhər sakinlərinin maneəsiz hərəki üçün alternativ marşrutların hazırlanması üzrə müvafiq dövlət qurumları ilə iş gedir. Plan hazır olan zaman, paytaxtda müvəqqəti infrastruktur dəyişiklikləri ilə bağlı müvafiq ismarışlar və təbliğat-maarfiləndirmə işi aparacayıq.

- Təmsil etdiyiniz şirkətin başçısı Arif Rəhimov müsahibələrin birində tribunların 19 min 500 tamaşaçıya nəzərdə tutulduğunu demişdi – bu az deyil?
- Bəli, ilkin plana görə, Bakı Şəhər Halqası boyu bu il 19 500 oturaq tamaşaçı yerləri nəzərdə tutulub. Bundan əlavə yarışı izləmək üçün ayaqüstü tribunalar qurulacaq ki, ümumilikdə məkanın canlı izləyici tutumu 40 000 ətrafında olacaq. Düşünürük ki, təhlükəsizlik və rahatlılıq meyarlarını nəzərə alaraq bu rəqəmin artırılması düzgün olmazdı.

- Tras keçən küçələrdə asfalt örtüyü tam dəyişəcək yoxsa yalnız üz qatı? Qəmbər döşənmiş iki sahənin taleyi necə olacaq?
- Cari tikinti-quraşdırma layihəsinə əsasən 6 km-lik dairəvi marşruta düşən mövcud yolların təmir olunması və yeni asfalt qatının salınacağı gözlənilir. Şübhəzsiz ki, Formula1 standartlarına müvafiq olaraq yenilənmiş bu yüksək keyfiyyətli yollar yarışlardan sonra şəhər sakinlərinin istifadəsində olacaq. Üzərinə qəmbər daşları döşənmiş olan sahələrdə isə xüsusi qoruyucu örtük və onun üzərinə müvəqqəti asfalt qatı qoyulacaq ki, yarışdan sonra bu örtük çıxarılacaq. Bundan əlavə, İçəri Şəhərin perimetri boyunca Qala Divarlarının yüksək sürətlə hərəkət edən avtomobillərin səs titrəmələrindən və zərbədən qorunması üçün xüsusi qoruyucu qat çəkilməsi planlaşdırılıb.

- Digər Qran Prilərdə Formula1 yarışına dəstək yarışları da keçirilir – bizdə belə yarışlar nəzərdə tutulub? Ümumiyyətlə, Qran Prinin həftəsonunda hansı əyləncəli proqramlar yer alıb?
- Avropa Qran Prisi həm avtomobillərin sürət yarışını izləmək, həm də Formula1 həftəsonunu ailə ilə birlikdə əylənərək keçirmək üçün gözəl fürsət olacaq. Cari ilin dekabr ayında satışa çıxarılacaq biletlər əsas yarışlara və yarış ərəfəsində keçiriləcək əlavə avtomobil yarışlarına, müxtəlif əyləncələrə, konsert tədbirlərinə girişi də özündə əhatə edəcək. Yarış həftəsonu əylənəcə xarakterli tədbirlərlə və konsert proqramları ilə bol olacaq.

- Yarışın nəticəsinə görə ilk üçlüyə təqdim olunacaq kubokların dizaynı hazırdır?
- Hazırda dizayn ətrafında iş gedir.

- Yarışda çalışacaq marşalların və könüllülərin yığımına nə zaman başlanacaq?
- Yarışın təşkilatçılığında xüsusi çəkisi olan F1 marşalları və könüllülərin cəlb olunması və təlimləri bizim üçün önəmlidir. Yarışda həm yerli, həm də xaricdən gələn könüllülərin və marşalların iştirakı gözlənilir. Könüllülük proqramına bu ilin dekabr ayında start veriləcək və yeniliklərlə bağlı bütün məlumatları saytımızdan izləmək mümkün olacaq. 

Uzun illərdən sonra biz həvəskarların, fanatların arzuları gerçəkləşmək üzrəyik. Buna görə sizə, sizin şirkətə, başçınız Arif müəllimə, nazir Azad müəllimə və bu işdə əməyi olan hər bir kəsə minnətdarlığımızı bildiririk. Ümid edirik ki, ölkəmiz bu yarışa sadəcə ev sahibliyi etməklə kifayətlənməyəcək və tezliklə biz çempionatda öz sürücümüzü və komandamızı da görəcəyik. (f-1.az)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah