Azərbaycan Almaniyaya qarşı
4 sentyabr 2015 13:45
Bu gün polo üzrə Avropa çempionatında ilk 3 oyun keçiriləcək. Azerisport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzindəki “Elit atçılıq və Polo” klubunda Azərbaycan seçmə komandası Almaniya ilə qarşılaşacaq.
Ardınca İspaniya - İtaliya dueli baş tutacaq. İsveçrənin Polo ustaları isə iralndiyalılarla üz-üzə gələcək.
İlk oyun saat 17:00-da başlayacaq. Milli komandamızın görüşü "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq.