Taekvondoçularımız Polşada 2 medal qazandılar
1 sentyabr 2015 14:30
Polşanın paytaxtı Varşavada keçirilən ənənəvi "Polish Open" turnir başa çatıb. Azerisport.az xəbər verir ki, G1 kateqoriyalı beynəlxalq turnirdə Azərbaycanın gənclərdən və böyüklərdən ibarət yığma komandaları iştirak ediblər.
Milli komandamız 5, gənclərdən ibarət yığmamız isə 20 taekvondoçu ilə yarışda təmsil olunub. Böyüklərdən ibarət millimiz 3, gənclərimiz isə 13 medala yiyələniblər.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə "Neftçi İdman Klubu"nun yetirmələrindən Səid Quliyev (74 kq) böyüklərin yarışında bürünc medala layiq görülüb. Gənclər arasında keçirilən yarışlarda isə idmançımız Əliəsgər Əliyev (68 kq) eyni uğuru təkrarlayıb.