Zaur Hacıbabayevdən inamlı qələbə
6 iyul 2015 15:00
Qazaxıstanda qarışıq döyüş növləri üzrə M-1 Challenge 59 yarışı keçirilib. Azerisport.az xəbər verir ki, 10 görüşün keçirildiyi gecə Azərbaycanı MMA üzrə dünya və Avropa çempionu, Dünya Kubokunun qalibi Zaur Hacıbabayev təmsil edib. 93 kq-dan yuxarı çəkidə çıxış edən "Baku Fighters" klubunun titullu idmançısı İspaniya döyüşçüsü David Trallero üzərində texniki nokautla inamlı qələbə qazanıb.
Gecənin əsas görüşündə Rusiya idmançısı Sergey Xaritonov Kenni Qarnerdən güclü olub. Xaritonov nokautla qələbə əldə edib.
Qeyd edək ki, M-1 Challenge 59 turnirinin fəxri qonaqları arasında həmyerlimiz Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov da olub.