MTN idmançıları ümumdünya oyunlarında qalib oldular
3 iyul 2015 15:15
İyunun 26-dan iyulun 6-dək ABŞ-nın Virciniya ştatının Fayrfaks şəhərində güc strukturlarının 5-ci ümumdünya oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə 70 ölkədən 12000 idmançı 64 növdə iştirak edib.
Bu mötəbər yarışda ölkəmizi MTN-nin "Titan" idman və sağlamlıq mərkəzinin idmançıları müxtəlif döyüş növlərində təmsil ediblər. Braziliya Jiu-Jitsu növündə 90 kq çəki dərəcəsində Muradxan Fərzəliyev 1-ci yerə, 85 kq dərəcəsində Toğrul Quliyev 2-ci yerə və 80 kq dərəcəsində Pərviz Ağayev 3-cü yerə layiq görülüb.
Karatenin WKF növündə isə 85 kq dərəcəsində Səlim Salmanov və 75 kq dərəcəsində Mais Hacımuradov 1-ci yeri tutublar.