Neftçinin kikbosçularından 6 qızıl, 4 gümüş, 7 bürünc medal
29 may 2015 13:00
Yeniyetmə və gənclər arasında kikboksinq üzrə Azərbaycan çempionatı "Neftçi İdman Klubu"nun idmançılarının zəfəri ilə başa çatıb. Azerisport.az xəbər verir ki, yarışda 6 qızıl, 4 gümüş, 7 bürünc medal qazanan "Neftçi"nin kikboksçuları əsas kuboka sahib olublar.
Kuboku "Neftçi"nin üzvlərinə Azərbaycan Kikboksinq Federasiyasının vitse- prezidenti Güloğlan Cabbarov təqdim edib. Gənclər arasında 21-ci Azərbaycan Kubokunun qalibi olan komandanın hər bir üzvü və "Neftçi İdman Klubu"nun kikboksinq üzrə baş məşqçisi Ehram Məcidov federasiya tərəfindən mükafatlandırılıb.