Zabit Səmədov Türkiyədə yerli idmançıya qalib gəldi
1 mart 2015 12:30
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, Zabit qardaş ölkədə yerli idmançı Mert Akına qalib gəlib.
Görüşün yekununda hakimlər Zabit Səmədovun qalib olduğunu elan edib.
Qeyd edək ki, Zabit Səmədov 2014-cü ild 3 görüş keçirib və hamısında qələbə qazanıb. Bu Səmədovun 2015-ci ildə ikinci görüşüdür.