Azərbaycan çempionatında yarımfinalçılar məlum oldu
23 oktyabr 2014 17:15
Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Çövkən” üzrə 3-cü Azərbaycan Çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə “Ağdam” komandası “Kövsər”i 1:0 hesabı ilə məğlub etmişdi.
“Balakən” təmsilçiləri isə “Laçın” komandasını mübarizədən kənarlaşdırmışdı. Turnirin 2-ci günü keçirilməli olan “Ağcabədi” – “Polad” oyununda Ağcabədi komandasına texniki məğlubiyyət verilib. “Sərhədçi” komandası isə “Ağstafa” kollektivindən güclü olub - 3:0.
Beləliklə oktyabrın 24-də keçiriləcək yarımfinal qarşılaşmalarında “Ağdam” – “Polad” komandası ilə, “Sərhədçi” isə “Balakən”lə qarşılaşacaq.