Fotoreportaj|Video|На русском

Digər növlər

Qran-Pri turnirinə yekun vuruldu

22 avqust 2014 15:55

Avqustun 14-dən 21-dək Qəbələdə ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə beynəlxalq Qran-Pri  turniri keçirilib. Azerisport.az xəbər verir ki, Turnir Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.

Ölkəmizin atıcılıq idman tarixində və haqqında danışılan növdə ilk dəfə keçirilən turnir “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı və Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə gerçəkləşib. Yarışlarda Azərbaycan, Avstraliya , Böyük Britaniya, İtaliya, Rusiya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, Küveyt, Qazaxıstan, Qətər və Özbəkistan nümayəndələri mübarizə aparıblar. Azərbaycanın idman şərəfini Olimpiya çempionu Zemfira Meftahətdinova, “Qəbələ” İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının İcrayə Komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu  Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, «Qəbələ» Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, eləcə də Xanhüseyn Bağırov, Elçin Babayev və Paşa Əhədpur kimi atıcılıq idmanının tanınmış simaları qoruyublar.

Mükafat fondu 81 min ABŞ dolları olan turnirdə 150-yə yaxın idmançı dairəvi və səngər stend  növləri üzrə mübarizə aparıblar. Turnirin ilk günündə, dairəvi stend üzrə yarışlarda qadınlar çıxış ediblər. Turnirin ilk qızılını Rusiya təmsilçisi Svetlana Demina qazanıb. Hədəfləri atmaqda final iştirakçılarının hamısını üstələyən Svetlana fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Olga Panarina gümüş, Böyük Britaniya təmsilçisi Yelena Allen isə bürünc medala layiq görülüb. Bu yarışlarda qüvvəsini sınayan təmsilçilərimiz Zemfira Meftahətdinova 9-cu, Nurlana Cəfərova isə 8-ci nəticə göstərib. 

Tamaşaçılar qadınların səngər stendi növü üzrə yarışlarında da gərgin mübarizənin şahidi olublar. Bu yarışlarda qızıl medala Qazaxıstan təmsilçisi Mariya Dmitriyenko yiyələnib. Gümüş medal Qətər atıcısı Əl-Xələf Xoloidə, bürünc mükafat isə Finlandiya təmsilçisi Makella Numella Satuya nəsib olub. Bu yarışda Azərbaycanı təmsil edən “Qəbələ” Atıcılıq Klubunun idmançısı Alina Rafixanova 7-ci yerlə kifayətlənib. 

Dairəvi stend üzrə kişilərin mübarizəsində Böyük Britaniya nümayəndəsi Rory Varlov hamıdan dəqiq olub və turnirin qızıl medalını boynundan asıb. İkinci yeri Qətər nümayəndəsi Rəşid Hamad, üçüncü yeri Aleksadr Yeçşenko tutub. Səngər stendi üzrə yarışlarda isə fəxri kürsünün ən yüksək pilləsinə qazaxstanlı Viktor Kasyanov qalxıb. Gümüş medala rusiyali Olimpiya cempionu Aleksey Alipov, bürünc medala avstraliyali Jeyk Vallayk layiq görülüb. Bu növdə ölkəmizi təmsil edən "Qəbələ" Idman Klubunun vitse-prezidenti, eyni zamanda pesakar atıcı olan Elvin Ismayılov fərqlənib. O, səngər stendi üzrə Azərbaycan rekordunu yeniləyərək, bu yarışda finala qədər yüksəlib və yarışı 5-ci yerdə başa vurub. 
 
Yarışların rəsmi bağlanışı mərasimində "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov, Azərbaycan Atıcılıq Federasiyasınını vitse-prezidenti Hafiz Cəfərov, Avropa Atıcılıq Konfederasiyasının nümayəndələri Petros Kirites və Villhelm Qril də iştirak ediblər. ("Qəbələ"nin saytı)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah