Fotoreportaj|Video|На русском

Digər növlər

Elnur Məmmədov: Gələcəkdə Badr Harinin döyüşü Bakıda keçirilə bilər

9 aprel 2014 19:19

Azerisport.az sizi "Best of the Best" promoşn qrupunun prezidenti, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə nümayəndəsi Elnur Məmmədovun müsahibəsi ilə tanış edir.

- Bakıda keçirilən World Max K-1 Gran-Pri turnirində Ziya və Tural Bayramov qardaşlarının qələbəsi menecerlər tərəfindən maraqla qarşılandı. Bu idmançıların növbəti görüşü nə vaxt olacaq?
-  World Max K-1 Gran-Prinin yüksək səviyyədə keçirilməsi Azərbaycan idmanı adına böyük uğur oldu. "Sərhədçi" Olimpiya İdman Mərkəzində yüksək səs effektləri və gözəl tərtibatla bir-birindən maraqlı döyüşlər izlədik. Bayramov qardaşlarının qələbəsi dünya mediasında xüsusi qeyd olunub. Ziyanın məşhur mərakeşli Omar Al Amrani üzərində parlaq qələbəsi əcnəbi jurnalistlər və məşqçilər tərəfindən rəğbətlə qarşılandı. Heç kim Ziyanın nokautla qələbə qazanacağını gözləmirdi. Yüksək hazırlıq keçən Ziya layiq olduğunu qələbəni qazandı. Eyn sözləri Tural haqda da demək olar. Hər iki idmançı yüksək fiziki hazırlıq və döyüş nümayiş etdirdi. Digər idmançılar da pis təsir bağışlamadı. İsmət Ağazadə məğlub olmasına baxmayaraq mübarizədən qaçmadı və sona qədər rəqibi həyəcan içində saxladı. Hazırda Ziya nüfuzlu "Glory"dən dəvət alıb. Aprelın 12-də İstanbulda rinqə çıxacaq. Turalın növbəti görüşü isə may ayına təsadüf edəcək.

- K-1 brendinin sahibi Mayk Kim Bakıdakı yarışdan hansı təəssüratlarla ayrıldı...
- Bu gün K-1 dünyanın ən nüfuzlu brend olaraq qalır. İkinci yerdə "Glory" təşkil etdiyi şoulardır. Mayk Kim Azərbaycanda keçirilən şounun dünya standartlarına cavab verdiyini söylədi. Təşkilatçılığımızı yüksək qiymətləndirdi. Bu möhtəşəm şou K-1-in Azərbaycanda eləcə də dünyada tanınması üçün vacib idi. Məqsədimiz Azərbaycanda güclü idmançılar yetişdirməkdir. Biz məşhir K-1 turnirlərinin finalında öz idmançılarımızı görmək istəyirik.

- Turnirin fəxri qonağı Badr Harinin Bakıya gəlişi azarkeşlərin marağına səbəb oldu. Gələcəkdə onunla əməkdaşlığı davam etdirmək fikriniz varmı?
- Badr Hari K-1-in əfsanəsi, məşhur idmançı olmaqla yanaşı həm də bizim yaxın dostumuzdur. Onun Bakıya gəlməsi dünya mediası tərəfindən işıqlandırıldı. Ölkəmizə ilk səfərindən razı qaldı. Biz onun gəlib Bakını eləcə də keçirdiyimiz World Max Gran-Prini izləməsini istəmişdik. Gələcəkdə də Badr Hariylə əməkdaşlığımız olacaq. Hətta istisna deyil ki, onun gələcək görüşlərindən biri Bakıda keçiriləcək.

- Məşhur Badr Harinin iştirak etdiyi turnir Bakıda keçirilə bilər?
- Əlbəttə. Bakıda keçirilən mətbuat konfransında da gələcəkdə paytaxtımıza fəxri qonaq kimi deyil idmançı kimi gələ biləcəyini söyləmişdi. World Max Gran-Pridən sonra Azərbaycan böyük etimad qazandı. Ona görə də Badr Harinin Bakıda mübarizə aparması real məsələdir. Sadəcə hadisələri qabaqlamaq istəməzdim. Azərbaycanda dövlət tərəfindən idmana yüksək diqqət göstərilir. Biz də K-1-i inkişaf etdirmək istəyirik.

- K-1-də gənc idmançıların hazırlanması necə keçirilir?
- Bizim məşqçilərimiz daim seleksiya işləri aparırlar. Gənc və perspektivli idmançıların əksəriyyəti özü bizə müraciət edir. K-1 üzrə hazırlaşmaq və çıxış etmək istəyir. Ən yaxşıları biz daim nəzarətdə saxlayırıq və onlara inkişaf etmək imkanı yaradırıq. Bu gün bizim K-1 brendiylə əməkdaşlığımız sayəsində idmançılarımız nüfuzlu şoularda Azərbaycanı təmsil edir. Məşhur World Max Gran-Pri və ya digər turnirlərdə ölkəmizin idmançısının iştirakı təqdirəlayiq haldır.

K-1 Azərbaycan-ın mətbuat xidməti

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah