Fotoreportaj|Video|На русском

Digər növlər

Mirəli Kazımov: Səviyyə və keyfiyyəti artıracağıq

13 noyabr 2013 11:51
Səmti müəyyən etmə idmanının cari mövsümü qənaətbəxş başa vurduğunu söyləmək olar. Azerisport.az xəbər verir ki, federasiya il ərzində bir neçə yarış keçirib. Bunlar arasında həm ölkə daxili, həm də beynəlxalq tədbirlər olub. Sözügedən rəqabətdə iştirakçı sayında da artım müşayiət edilib. Əgər son 2 ilədək respublika turnirlərinə 20 səmti müəyyən edən qatılırdısa, federasiyanın rəhbərliyində baş verən dəyişiklikdən sonra, zaman-zaman idmançı sayı artıb (20+130+200+320).
 
Ən yaxşı göstərici may ayında qeyd olunub. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 1-ci beynəlxalq açıq kubok mübarizəsində 320 nəfər iştirak edib.
 
İyulda təmsilçilərimiz Finlandiyada dünya çempionatında mübarizə aparıblar. Bu tədbir əlamətdarlığı ilə yadda qalıb. Belə ki, yarışın gedişində “Azərbaycan gecəsi” adlı tədbir təşkil olunub. Həmin yığıncaqa İOF-un prezidenti Brian Porteos və vitse-prezidenti Astrid Valer Kaas ilə yanaşı, digər ali qonaqlar dəvət olunublar. Toplantıda ölkəmizin təbiəti, mətbəxi, insanların qonaqpərvərliyi haqqında məlumat verilib. Skandinaviya səfəri “İdman Azərbaycan” telekanalı vasitəsilə yerində işıqlandırılıb.
 
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan tarixi, mətbəxi, təbiəti haqqında 120 ədəd kitab, ölkəmiz barədə 100 ədəd xüsusi disk, eləcə də, Azərbaycanı və Bakını özündə əks etdirən rəsmlər, suvenirlər, milli xalçalar və tar-kaman bütün qonaqlara hədiyyə olunub.
 
Yığıncağın sonunda İOF prezidentinin xüsusi nümayəndəsi Tatyana Qələndəroğlu çıxış edərək, qısa müddətdə qazanılan nailiyyətə görə, SMEF-in prezidenti Mirəli Kazımova təşəkkürünü bildirib. Qeyd edib ki, ölkəmiz bu sahədə fəallardandır və səmti müəəyən etmə idman növünün təbliğinə, işıqlandırılmasına xüsusi yer verir; digər ölkələr Azərbaycandan nümunə götürməli, təcrübəsindən yararlanmalıdırlar.
 
Cari mövsümdə Avropa İşçi Qrupunun nümayəndələri ölkəmizdə monitorinq aparıb, buradakı şəraitidən razı qaldıqlarını deyiblər. Mirəli Kazımov saytımıza müsahibəsində bildirib ki, yerli federasiya gələn il işin səviyyəsini və keyfiyyətəni daha artıqmağı qarşıya məqsəd qoyub:
 
“Gələn il yarışlarımızın sayı artacaq. Binəqədi rayonunda yerləşən məktəblərdə səmti müəyyən etmənin tətbiqi məsələsində icra başçısı ilə şifahi razılığa gəlmişik. Universitetlər və güc strukturları arasında turnirlər də nəzərdə tutulub.
 
Beynəlxalq tədbirlərə gəlincə, fevralda Antalyada dünya kubokunda mübarizə aparacağıq. May ayında Heydər Əliyevin 90 illik yubileyinə ənənəvi yarış keçiriləcək. İyulda İtaliyada təşkil olunacaq dünya çempionatına biz də dəvətliyik.
 
İdman sahəsində böyük təcrübəsi olan vergilər naziri Fazil Məmmədovun tövsiyəsindən, Gənclər və İdman Nazirliyinin dəstəyi və Ukraynanın Azərbaycandakı səfiri, yaxın dostumuz Aleksandr Mişenkonun təcrübəsindən yararlanıb, işimizi daha yaxşı təşkil etmək niyyətindəyik”.
 
SMEF-in prezidenti onu da əlavə edib ki, yaxın gələcəkdə klubların sayını çoxaltmaq, rəqabətdə gərginliyi və səviyyəni artırmaq üçün, legionerləri dəvət edilməsi nəzərdə tutulub:
“Nefiçi” İdman-Sağlamlıq Mərkəzi, Aviasiya Akademiyası, “Avropa” liseyi və Slavyan Universitetində bölməmiz fəaliyyət göstərir. Krımın məşhur “Artek” düşərgəsi ilə qarşılıqlı təcrübə müdalisi də planlaşdırırıq. Bir də, yaxın gələcəkdə klublarımıza əcnəbi mütəxəssisləri dəvət etmək fikrimiz var”.

Другие новости этого раздела

Dünya çempionatında 2 medal08 dekabrAlim Nəbiyev dünya çempionu oldu21 noyabrAlim Nəbiyev Avropa çempionunu məğlub etdi29 oktyabrQəbələ döyüşçülərindən 3 qələbə16 oktyabrBakıda növbəti MMA yarışı14 oktyabrQəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı10 oktyabrQəbələ idmançısından 7-ci qələbə04 oktyabrAtakişiyev Krasnodardan qalib dönür24 sentyabrQarabağ erməni təxribatına görə İrandakı turnirdə iştirakdan imtina etdi17 sentyabrOdlar Yurdunda döyüş turnirinin qalibləri açıqlandı06 iyunNəriman Abbasovdan 12-ci qələbə27 mayAtçılığın konkur növü üzrə Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək24 mayKraliça Qarabağ atlarına tamaşa etdi16 mayM-1 Challenge 67 ilk dəfə Bakıda16 mayQasımov Sarkisyana qalib gəlib, Avropa çempionu oldu15 may
22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu17:00 Şahin Diniyev: Bir qol lazım idi ki, ardı gəlsin
BAKU 2020
Neftchi fan shop