Karateçilərimiz daha bir beynəlxalq yarışa hazırlaşırlar
16 aprel 2014 00:05
Azərbaycan karateçiləri daha bir beynəlxalq yarışa hazırlaşırlar. Azerisport.az xəbər verir ki, yeniyetmə idmançılarımız Türkiyənin Konya şəhərində IV Beynəlxalq Rumi Uşaq Oyunlarında iştirak edəcəklər.
Aşağı yaşlılar arasında bu mötəbər yarışda 31 ölkədən 1000-dək idmançı qatılacaq. Yarışlar 15-dək idman növü üzrə keçiriləcək.
Yeniyetmələrdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə bu turnirə 10 idmançı yollanacaq. Heyətə aşağıda adları qeyd edilmiş idmançılar cəlb edilib:
1. Qasım İsgəndərov (-52 kq);
2. Kənan Ağalarzadə (-57 kq);
3. Seymur Vəliyev (-63 kq);
4. Riyad Feyzizadə (-63 kq);
5. Murad Balakişiyev (-70 kq);
6. Murad Hacızadə (+70 kq);
7. Fidan Teymurova (-47 kq);
8. İnci Əzizova (-47 kq);
9. Şölə Həsənova (-54 kq) ;
10. Roman Heydərov (kata).
2. Kənan Ağalarzadə (-57 kq);
3. Seymur Vəliyev (-63 kq);
4. Riyad Feyzizadə (-63 kq);
5. Murad Balakişiyev (-70 kq);
6. Murad Hacızadə (+70 kq);
7. Fidan Teymurova (-47 kq);
8. İnci Əzizova (-47 kq);
9. Şölə Həsənova (-54 kq) ;
10. Roman Heydərov (kata).
Məşqçi Cavid Rəfiyev və hakim Namiq Pirverdiyev də Konyada IV Beynəlxalq Rumi Uşaq Oyunlarının iştirakçıları arasında olacaqlar. Türkiyəyə aprelin 19-da yollanan idmançılarımız 5 gün sonra vətənə dönəcəklər.