Fotoreportaj|Video|На русском

Karate

Rafael Ağayev: Başa düşdüm ki, problemlərimi həll etməyin vaxtıdı

21 sentyabr 2012 13:55
Bir neçə gün bundan əvvəl məşhur Azərbaycan karateçisi Rafael Ağayevin Rusiyaya getməsi məlum oldu. Azerisport.az xəbər verir ki, məhz bundan sonra dəfələrlə dünya və Avropa çempionunun vətəni həmişəlik tərk etməsi barədə müxtəlif şayiələr meydana gəldi. Müxbirimiz Ağayevlə əlaqə saxlayıb bəzi sualları cavablandırmasını istədi. 
 
- Səsinizi eşitməyə şadam. Bilmirəm xəbəriniz var ya yox, amma burada sizin həmişəlik Azərbaycanı tərk etməyiniz barədə danışırlar...
- Düşünməmişdim ki, Novosibirskə getməyim barədə bu cür əhvalatlar danışacaqlar. Mən məşhur veteran karateçi Veniamin Pakın rəhbərlik etdiyi “Uspex” klubuna getmişdim. Burada heç bir sirr yoxdur - seminarlar keçirirəm, məşq edirəm, təcrübəmlə bölüşürəm. 
 
- Səhv etmirəmsə, bu, sizin xaricdə ilk seminarınız deyil. Siz əvvəllər də müxtəlif ölkələrdə belə seminarlar keçmisiz. 
- Haqlısınız. Seminar keçirmək karate dünyasında normaldır. Bir çox məşhur karate ustalarını müxtəlif ölkələrə dəvət edirlər ki, onlar öz təcrübələri ilə bölüşsünlər. Mən neçə illərdir karate idmanındayam, çoxlu titullarım var və buna görə məni müxtəlif ölkələrə dəvət edirlər. Mən də məmnuniyyətlə təcrübəmlə bölüşürəm. 
 
- Məlumdur ki, siz, karate dünyasında qəbul olunduğu kimi təcrübənizlə pulsuz bölüşmürsünüz.
- Biz XXI əsrdə yaşayırıq, profesional idmanı təmsil edirik. Siz bir nəfər də məşhur karate ustası tapa bilməzsiniz ki, o, öz təcrübəsini gənc karateçilərə pulsuz çatdırsın. Mən Azərbaycanı həmişəlik tərk edə biləcəyimi düşünən insanları sadəcə anlamıram. Lakin etiraf edirəm ki, son zamanlar federasiyamızda maliyyə problemləri meydana gəlib ki, bu da bizim nəticələrimizdə özünü göstərir. 
 
- Əvvəllər bu barədə heç kim danışmamışdı. Nə baş verib? 
- Əvvəllər bizim maliyyə problemimiz olmayıb. Azərbaycan Beynəlxalq Bankı sayəsində, altı il ərzində sponsorluq edərək karate idmanına kömək etmişdir. Əlavə problemlər olmadan məşq etmək və heç nə barədə düşünmədən yarışlara getmək üçün idmançıya nə lazımdır? Məhz Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi bizim problemləri həll edirdi: biz yaxşı təqaüd alırdıq, təlim məşq toplantılarına və yarışlara gedirdik, dünya və Avropa çempionatlarında qələbə qazandıqdan sonra ev və maşınla mükafatlandırılırdıq.Əlbəttə, bu vəziyyət bizim üçün rahat idi, lakin bu həmişəlik davam edə bilməzdi. Onlara hər şeyə görə minnətdaram. Açıq etiraf edirəm, Milli Karate Federasiyasının sponsoru olub-olmadığını bilmirəm. Hesab edirəm ki, bu məsələ ilə çoxdan Gənclər və İdman Nazirliyi məşğul olmalı idi. 
 
- Doğrudanmı bu problemlər ona gətirib çıxartdı ki, siz tədricən idmandan gedirsiz? Məşqçilik karyerası ilə məşğul olmusunuz və seminarlara gedirsiz. 
- Mən başa düşdüm ki, öz problemlərimi özüm həll etməyin vaxtıdır. Mən böyük idmanda ilk addımlarını atan gənc deyiləm. Neçə illərdir dünya arenasında çıxış edirəm və karyeranın digər pilləsinə keçmək vaxtıdır. Düşünmürəm ki, idmandan başqa bir işlə məşğul ola bilərəm. Buna görə də məşqçilik karyerası ilə məşğul olmaq qərarına gəldim. Artıq öz tələbələrimi Avropa və dünya birinciliklərinə hazırlayıram. Şəxsi karyerama gəldikdə, nə qədər ki gücüm var, çıxış edəcəm. Müxtəlif seminarlara da gedəcəm.

 

Baxılıb: 2995
22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu17:00 Şahin Diniyev: Bir qol lazım idi ki, ardı gəlsin16:20 Mütəmadi oynamaq üçün 6 min kilometr uzaqdakı Bakıya16:10 İnterin yeni prezidentindən komandaya təbrik15:30 Zaur Svanadze: Uşaqlar əzmkarlıq göstərdilər15:00 Şəmkir daha bir futbolçu transfer etdi
BAKU 2020
Neftchi fan shop