Fotoreportaj|Video|На русском

Cüdo

Mövlud Mirəliyev: Cüdo yığmamızın Pekindəki uğuru təkrarlaması realdır

28 aprel 2016 17:00

Cüdo üzrə Azərbaycan millisinin məşqçisi Mövlud Mirəliyev azərisport.az saytına müsahibəsində Avropa çempionatının yekunlarını dəyərləndirib.

- Kazandakı Avropa çempionatı cüdoçularımız üçün uğurlu oldu. Yəqin hamıdan razı qalmısınız?
- Ümumilikdə, komanda yaxşı çıxış etdi. Orxan Səfərovun gümüş, Rüstəm Orucovun qızıl medalı həsrətimizə son qoydu. Səfərov da çempion ola bilərdi. Finalda üstünlüyü əldən buraxması ona baha başa gəldi. Orucov isə bütün rəqiblərinə qalib gəlməklə qitənin güclüsü olduğunu sübut etdi. 2011-ci ildən Azərbaycan Avropa çempionatında qızıl medal qazanmırdı. Rüstəm uğursuzluğa son qoydu. Bu uğurda məşqçilərlə yanaşı federasiyanın da əməyi böyükdür. Hamını təbrik edirəm.

- Komanda yarışında medal gözləyirdinizmi?
- Bildiyiniz kimi, komanda yarışlarında təcrübəmiz o qədər çox deyil. 2013-cü ildə bir dəfə iştirak etmişik. O zaman ilk mərhələdə uduzmuşduq. Bu dəfə bürünc medal uğrunda yarışmaq imkanımız oldu. Uşaqlardan razı qaldıq. Kişi kimi yarışaraq bürünc əldə etdilər. Cüdo tariximizdə ilkdir. İndiyə qədər komanda kimi nəticəmiz olmayıb.

- Rüstəm Orucov komanda yarışlarında da yaxşı mübarizə sərgilədi. Bütün görüşlərini udmaqla diqqəti cəlb etdi...
- Orucov yaxşı idmançıdır. Kazanda yaxşı mübarizə sərgilədi. Amma bu onun maksimumu deyil. Daha çox çalışmalıdır. Ən yaxşı formasını bərpa etsə, rəqiblər üçün daha çətin olacaq.

- Elxan Məmmədov və Elmar Qasımovun fərdi yarışlarda çıxışı o qədər uğurlu deyildi. Hərçəndə onlar medala iddialı sayılırdılar...
- Cüdoda hər şey olur. Bəzən son saniyələrdə fəndə düşərək məğlub olmaq mümkündür. Müəyyən tərəfdən onların mübarizəsi alınmadı. İstədiklərini göstərmədilər. Potensialları böyükdür. Sadəcə, bəxtləri gətirmədi. Hər ikisinin kiçik zədələri var idi. Zədə istədiklərini göstərməyə imkan vermədi.

- Komanda yarışlarında Fransaya qalib gələcəyinizə inam var idi?
- Fransa yarışın favoritlərindən sayılırdı. Onlar Rusiyaya uduzmaqla finaldan kənarda qaldılar. Ümid hər zaman olur. Komanda yarışlarında Məmmədəli Mehtiyev özünü yaxşı tərəfdən göstərdi. Vüqar Şirinli sona qədər yarışdı. Uşanqi Kokauri həlledici qələbəni qazanmaqla əvvəlki uğursuzluğu unutdurdu. Rüstəm Alimli Polşayla görüşdə özünü yaxşı tərəfdən göstərdi.

- Cüdoçulara istirahət üçün nə qədər vaxt veriləcək?
- Hazırda istirahətə vaxt yoxdur. Rio Yay Olimpiya Oyunlarına qədər 3 turnirimiz var. Bunlardan biri Bakıda keçiriləcək Böyük Dəbilqə turniridir. Orada demək olar ki, hamısı iştirak edəcək. Yarış doğma Vətənimizdə keçirildiyindən hamı orada mübarizə aparmaq istəyir. Ona görə liderləri görmək mümkün olacaq. Ardınca Meksikada yarış olacaq. 3 turnirdən sonra bütövlüklə Rio-ya hazırlığa başlayacayıq.

- Yay Olimpiya Oyunlarına hədəfdə neçə lisenziya var?
- Proqnoz yaxşı məsələ deyil. 6 lisenziya reallaşmaq üzrədir. Sözsüz, biz istərdik daha çox olsun. Amma hazırda bu barədə qəti fikir bildirmək çətindir. İyundan bütün lisenziyaçılar dəqiqləşəcək və xüsusi proqramla məşqlər olacaq. Hədəfimiz Rio Yay Olimpiya Oyunlarında mümkün qədər uğurlu çıxış etməkdir. Avropa çempionatındakı uğurlar başlanğıc olmalıdır.

- Sizin iştirak etdiyiniz 2008 və bu il keçiriləcək Yay Olimpiya Oyunlarına yollanacaq Azərbaycan yığmasını müqayisə edək. Sizcə, hansı daha güclüdür?
- İdmanda güclü olmaq nisbi anlayışdır. Mübarizə günü kim güclüdürsə, onu göstərməlidir. Cüdoçu tatami üzərinə çıxaraq rəqibə qalib gəlməyi bacarırsa, deməli o, həmin gün güclüdür. 2008-ci ildəki heyətimiz pis deyildi. O vaxt ağır çəkilərdə problem özünü göstərirdi. Bu gün isə ağır çəkilərdə mübarizə aparmağı bacaran cüdoçular var.

- Demək olar ki, Rio-ya gedəcək heyət Pekindəki uğuru təkrarlaya bilər?
- Mən buna inanıram. Rio Yay Olimpiya Oyunlarına Azərbaycan cüdoçuları üçün çox vacibdir. Londonda medalımız olmadı. Rioda bir neçə medal qazanmağa çalışmalıyıq. Heyətimizdə təcrübəli cüdoçularımız var. Pekindəki uğuru təkrarlamaq realdır.

- Hansı cüdoçu üçün Rio daha çətin olacaq?
- Hazırda rəsmən heyət açıqlanmayıb. Ona görə ad açıqlamaq istəməzdim. Amma səmimi söyləyim ki, titullu idmançı üçün daha çətin olur. Ona xüsusi hazırlaşırlar. Hakimlər onun səhvini bağışlamırlar. Sən Avropa çempionusan və ya mükafatçısansa, işinə daha ciddi yanaşmalısan. Olimpiadada ikiqat çətin olur. Psixoloji gərginlik artır. Olimpiya Oyunlarında uğur qazanmaq üçün peşəkarlığın zirvəsində olmalısan.

- Rioda əsas rəqiblərimiz ənənəvi ölkələrin idmançıları olacaq?
- Bizim dövrümüzlə müqayisədə cüdo çox inkişaf edib. İnanın ki, olimpiada nə Avropa, nə dünya çempionatıyla müqayisə oluna bilər. Yaponiya cüdoçularını xüsusi qeyd etməliyəm. Onlar hər çəkidə favorit olurlar. Eyni zamanda Rusiya cüdoçularını unutmaq olmaz. O yarışda zəif rəqib olmur. Medal qazanmaq istəyən güclü olduğunu göstərməlidir.

- Hazırda Azərbaycan yığmasında uğur qazanmaq üçün nə çatışmır?
- Peter Zayzenbaherin rəhbərliyi altında olimpiadaya yüksək səviyyədə hazırlıq planlaşdırırıq. Rio bizim üçün sınaq olacaq. Hamımızın arzusu Rioda himnimizin bir neçə dəfə səslənməsidir. Sözsüz, istərdik ki, cüdoda medallarımız olsun. Hazırkı heyətin potensialı buna qadirdir.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah