Azərbaycan cüdoçusu dünya reytinqində liderliyini qoruyub
10 fevral 2016 12:00
Beynəlxalq Cüdo Federasiyası Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirindən sonra yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan cüdoçusu Elmar Qasımov 100 kiloqramadək çəki dərəcəsinin ilk pilləsində qərarlaşıb.
Digər cüdoçularımız Rüstəm Orucov (73 kq) 2-ci, Orxan Səfərov (60 kq) 3-cü, Nicat Şıxəlizadə (66 kq) 7-ci, Elxan Məmmədov (100 kq) 12-ci, Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) isə 13-cü sıradadır.
“Böyük dəbilqə”nin gümüş medalını qazanan İlqar Müşkiyev (60 kq) isə reytinq cədvəlinin 14-cü pilləsinə yüksəlib.