AGİN-də toplantı - cüdoçular nazirliyə çağırıldı
2 mart 2015 14:30
Gənclər və İdman Nazirliyində cüdo üzrə millimizin üzvlərinin etiraz aksiyası keçirməsiylə əlaqədar toplantı olacaq. Azerisport.az xəbər verir ki, iclasda Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, digər rəsmi şəxslər eləcə də cüdoçular iştirak edəcək. İclasa Gənclər və İdman naziri Azad Rəhimovun da qatılacağı gözlənilir.
Qeyd edək ki, iki gün əvvəl cüdoçular millinin bazasının qarşısında aksiya keçirməklə məvaciblərinin vaxtında ala bilmədiklərindən şikayətçi olublar. Aksiyada dünya çempionu Elxan Məmmədov, gənclərin Avropa çempionatının qalibi Elmar Qasımov və Nicat Şıxəlizadə iştirak edib.