Fotoreportaj|Video|На русском

Cüdo

"Mən öz bayrağımızı qaldırıram, erməni və rus bayrağını yox"

22 aprel 2014 16:51

Azerisport.az sizi 5 dəfə sambo, 4 dəfə cüdo üzrə dünya çempionu, 2 qat Avropa çempionu, hərbçilər arasında olimpiya çempionu Zülfiyyə Hüseynovanın müsahibəsi ilə tanış edir.

- İndiki gənclərin hər biri sizi çox gözəl xatırlayır və sizi kimdən soruşsaq səmimi olaraq Zülfiyyə Hüseynova Azərbaycanın fəxr ediləsi xanımıdı deyər. 1980-ci illərdə idmanın o qədər də inkişaf etməyən bir dövründə xanım və idman necə uyğunlaşdı?
- Təbii ki, hər şeyin çətin vaxtı  idi, idmanın da həmçinin. Bizim üçün çətin idi, çünki inkişafın zəif vaxtı idi. Amma buna baxmayaraq idmanı sevirdim və 10 yaşında idmana getmək istəsəm də 16 yaşında başladım. Qız uşaqlarını idmana aparmağı o qədər də qəbul etmirdilər. Mənim də ailəm elə idi, amma mən istədiyimin arxasıyca getdim. 1986-cı  ildə başlamışdım. Azərbaycan çempionatı keçirilirdi, turnirlər keçirilirdi və  mən gənclər arasında qalib oldum. Deməli, 5 dəfə samboda, 4 dəfə isə cüdoda çempion olmuşam.

- O dövrdə qızlar azlıq təşkil edirdi. İndi necə, ondan fərqlidi? Yoxsa o adət, o fikirlər hələ də qalmaqdadı?
- O vaxtı qızlarımız az idi. Kimsə istəyirdi məşğul olsun, amma ailədən icazə vermirdilər. Deməli, biz harasa yarışa gedirdik, məsələn, 80-90  nəfərin içindən 3 və ya 4 nəfər azərbaycanlı var idi. SSR-nin vaxtında şərait yaxşı idi, maaşımız vaxtlı-vaxtında verilirdi, məşqlərimiz nizam-intizamla davam edirdi. Qaldı ki indiki zəmanədə idmana olan maraq, indi daha çox qızların marağı var, valideynlər də normal qəbul edirlər və gətirirlər idmana yazdırırlar. Hətta neçə nəfər məni hardasa görəndə yaxınlaşıb deyirlər ki, biz də istəyirik qızımız sizin kimi olsun. Bu, məni sevindirir.

- Müsahibələrinizin çoxunda əsəb hiss olunur. Çox əsəbisiniz?
- Çox əsəbiyəm, həddindən artıq. Çünki buna səbəblər var.

- Məsələn, nə əsəbiləşdirir sizi?
- Haqqımı yeyirlər. Mən idman ustasıyam, nəticələrim var, amma buna baxmayaraq prezident təqaüdü almıram. Dəfələrlə cənab prezidentə məktub ünvanlamışam, amma imkan vermirlər məktub gedib çatsın, mane olurlar.

- Mane olurlar deyirsiz. Kimləri nəzərdə tutursuz?
- Məmurlarımızı. Mən neçə dəfə müraciət etmişəm, amma nə fayda... Bizim məmurlarımızın çoxu üçün bayraqdansa 30 sm yubka önəmlidi, onlar bununla maraqlanırlar. Nəyə görə mən haqqımı istəməyim, mən ki sizdən sizə aid olanı istəmirəm ki, mənə, özümə aid olanı, əziyyətimin qarşılığını istəyirəm.

- Heç bir müraciətinizə baxmırlar? Kimlər mane olur sizcə?
- Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası niyə mənim sözümü eşitmirlər, niyə mənə mane olurlar, niyə mənim məktubumun prezidentə çatmağına imkan vermirlər anlamıram. Yəqin ki, nə isə umacaqları şeylər var. Cənab prezident dəfələrlə söyləyib ki, insanların haqqını yeməyin. Bunlar deyəsən prezidentin sözünü eşitmirlər. Mən bayraq qaldırmışam ki, nəm olan evdə yaşayım?! Düzdü, işimi sevirəm, bu, mənim sənətimdi, amma bu qədər dəyərsizləşdirmək olmaz. Addım başı haqsızlıq da olmaz axı. Mən erməniyəmsə, deyin gedim bu ölkədən. Qanım təmiz deyilsə, çıxım gedim. İyun ayında çempionat var,  amma mən indidən oturub fikirləşirəm ki, sponsor işini neyləyim? Oturub sponsor axtarıram ki, ustalar arasında çempionata gedəcəm. Gedib qalib gəlib erməni, rus bayrağını qaldırmıram ki. Mən öz bayrağımızı qaldırıram, bunlar bunu dərk etmirlər.

- Əsəbiləşməyin, sizin kimi xanımın, sizin kimi idmançının təbii ki, sözünü eşidərlər. İnanmıram ki, nazirlik sizi diqqətdən kənar saxlasın. Keçək sizi oyundan kənar tanımağa. Ailə balaca dövlətdi. Hərə bir psixologiyada, hərə bir xarakterdə olur, amma sırf idmançı ailəsi olmaq başqadır məncə. İdmançı ailəsi olaraq hansı çətinlikləriniz olur? Məsələn, nədə yola getmirsiz?
- Çox gözəl yola gedirik, anlayışlı davranırıq, bir-birimizi başa düşürük. Bircə yola getməməyimiz oğlumun rejimi ilə bağlıdı. Oğluma qarşı çox ciddiyəm. Yatmaq, yeməyi rejimlə olmalıdır, kompüterlə saatlarla məşğul olmamalıdır. Amma mən olmayanda yoldaşım deyir anan yoxdu, oyun oyna, eybi yox dərslərini sonra da oxuyarsan (gülür).

- Hansı idmançımızı bəyənmirsiz?
- Adlarını çəkməyəcəm. İdmançı kimi hörmət edirəm, ən azından bayrağımızı qaldırıblar. Amma bəzilərindən xoşum gəlmir.

- İdmanla bağlı heç bir tədbirdə görmürük sizi. Niyə?
- Çünki çağırmırlar. Məhz prezident olan tədbirlərə də fikir versəniz dəvət etmirlər, çünki çəkinəcəkləri var. Bilirlər ki, mən danışacam, deyəcəm.

- Yeməkləriniz dadlıdı? Hər gün özünüz bişirirsiz?
- Yox, hər gün çatdırmıram, ancaq bazar günü belə kömək edirlər. Bazar günü istirahətə, ailəmə, yemək bişirməyə vaxt tapıram. Yəqin ki dadlıdı.

- Hər bir xanım görünüşünə mütləq şəkildə fikir verir. Siz makiyajı sevmirsiz deyəsən?
- İdmançıyam, amma geyimimə, səliqəmə həmişə fikir verirəm. Hər gün işə forma geyinirəm, makiyajsız, saçım yığılı şəkildə olur. Bu, bizim işin prinsipidir, forma mütləqdi. Amma toya, hansısa gecəyə gedəndə təbii ki, makiyaj öz yerində. Hətta elə kabluk geyinirəm ki, hamıdan da yaxşı (gülür). Amma açıq-saçıq geyimi sevmirəm.

- Bizim televiziyalardan hansını bəyənirsiz? Hansı verilişə baxırsız?
- İnanırsız, heç bir verilişə baxmıram. Bir dənə xəbərlərə baxıram. Amma durub iki dəqiqədən bir, birinin evini çəkirlər, nə alırlar göstərirlər bunu bəyənmirəm. Olmaz belə, birinin var, birinin yoxdu. Nələri var, Allah var eləsin, amma bu, pis görsənir kənardan.

- Yarışlara davam?
- Əlbəttə. İyun ayında cüdo üzrə Avropa çempionatı olacaq. Daha sonra noyabrda dünya çempionatı olacaq, ona hazırlaşıram. Dost-tanış sağ olsun, sponsor olaraq yardım edirlər gedirik yarışlara. (oxu.az)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah