Yeni mövsümün ilk ən yaxşı futbolçusu bəlli oldu
5 sentyabr 2011 00:52
Avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Ceyhun Sultanov ötən ayın ən güclü futbolçusu seçilib.
“Kəpəz”in şərəfini qoruyan Sultanov respondentlərin 36 faizlik səs çoxluğunu (218 səs) qazanıb. Hər halda onun Gəncə təmsilçisinin yeni mövsümdəki uğurlu çıxışında əsas pay sahibi olması oxucularımızın diqqətindən yayınmayıb.
Ceyhun Sultanovun ən yaxın izləyicisi isə “Qarabağ”ın hücumçusu Rauf Əliyev olub. Bu günlərdə millimizin heyətində Belçikaya da qol vurmağı bacaran ağdamlıların gənc forvardı səslərin 24 faizini toplaya (140 səs) bilib.
Üçüncü yeri isə “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev tutub. Millimizin qolkiperi əsas rəqiblərilə müqayisədə bir qədər az – 13 faiz (76 səs) toplayıb.