Georgi Adamiya – fevralın qəhrəmanı
6 mart 2011 12:44
Fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Georgi Adamiya ötən ayın futbolçusu seçilib.
“Qarabağ”ı gürcü yarımmüdafiəçisi respondentlərin 30 faizlik səs çoxluğunu qazanıb. Onun ən yaxın izləyiciləri isə “Xəzər Lənkəran”dan Uinston Parks, “Qarabağ”dan olan digər namizəd Rauf Əliyev olub.