Fotoreportaj|Video|На русском

Gimnastika

Oleq Piunov: Planlarımda Avropa Oyunlarında Azərbaycan bayrağını qaldırmaqdır

31 mart 2015 12:45

Ötən ilin sonunda Azərbaycan Gimnastika Federasiyası "Gimnast ilə müsahibə" adlı layihəsinə start verdi. Azerisport.az xəbər verir ki, qarşıdan gələn Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək gimnastlar ilə həmsöhbət olaraq, onların həyat tərzi barədə maraqlı faktlar, eləcə də bu möhtəşəm tədbirə necə hazırlaşdıqları öyrənilir.

Dünya idman tarixində ilk dəfə keçirilən bu yarışlar da artıq uzaqda deyil. İlk Oyunların keçirilməsi şərəfi məhz Bakıya nəsib olub, bu isə o deməkdir ki, Azərbaycan idmançıları xüsusi misilsiz hissləri ilə çıxış edəcəklər.
 
Yarışlarda 20 idman növü ilə bərabər (o cümlədən qeyri-olimpiya idman növləri) gimnastikanın altı növü də təqdim olunacaq. Bunlar batut və bədii gimnastika, akrobatika və aerobika gimnastikası, həmçinin qadın və kişi idman gimnastikasıdır.

Batut gimnastikası üzrə yarışlarda ölkəmizi 4 gimnast təmsil edəcək - oyunların formatına əsasən, onlar həm fərdi, həm də sinxron hərəkətlər ilə çıxış edəcək. Bu gün biz, oyunların mümkün iştirakçılarından biri, 2014-cü ilin Dünya Kubokunda sinxron hərəkətlər üzrə bürünc medal qazanan Oleq Piunov ilə söhbət edəcəyik.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- 2000-ci ildə, evimizin yaxınlığında batut gimnastikası üzrə bölmə açılıb. Nadinc uşaq olduğuma görə, valideynlərim məni məşqlərə aparmaq qərarına gəldilər. Həmin vaxt mənim yeddi yaşım var idi.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Düşünürəm ki, hə. Uşaqlıqdan futbolu və stolüstü tennisi sevirəm. Yadımdadır, eyni zamanda futbol və batut gimnastikası ilə məşğul olurdum.

 - Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Bu axı mənim sirrimdir (gülür).

- Hər hansı idman növündə vacib olan nədir?
- Peşəkar idmanda "bu vacibdir", "bu isə önəmli deyil" anlayışları yoxdur. Burada hər şey vacibdir. Hər bir şeyə fikir vermək lazımdır, başqa cür alınmır.

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- Hər bir idman növü təhlükəlidir, burada çox diqqətli olmaq lazımdır. Səhv təkan və ya yerə enmə idmançının səhhətinə təsir göstərə bilər.

- İdmanda kumirin varmı?
- Bəli, var. Bunlar Aleksandr Moskalenko və İrina Karayevadır (batut gimnastikası üzrə ilk Olimpiya çempionları).

- Yaxın gələcək üçün idman planlarından danışardın...
- Gələcək planlarım Avropa Oyunlarıdır. Gərgin məşqlər və nəticə üçün çalışırıq. Bayrağımızı qaldırmaq, fəxri kürsüyə qalxmaq və ölkəmizin himnini eşitmək arzusundayam. Öz növbəmdə, bu planımı reallaşdırmaq üçün hər şey edəcəyəm.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Bir daha qeyd edim ki, Avropa Oyunları mənim üçün birinci yerdədir, üstəlik onlar vətənimizdə keçiriləcək.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- Hər bir insanda olduğu kimi, mənim də arzularım var. Böyük, mehriban ailə sahibi olmaq arzusundayam. Hər axşam, iş günündən sonra sakit və gözəl yerdə yerləşən rahat evdə yoldaşım və uşaqlarım ilə vaxt keçirmək istərdim. Xoşbəxtlik üçün daha nə lazımdır ki?

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Təəssüflər olsun ki, bu həmişə alınmır.

- Öz ailən haqda danışardın...
- Valideynlərimi dəlicəsinə sevirəm. Hər şeyə görə onlara minnətdaram.

- Sevdiyin şəxs varmı?
Bəli, var.

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Dəstək səslərini eşitmək istəyirəm - bu mənə çox kömək edir. Fürsətdən istifadə edərək, mənə inandıqları və dəstək olduqları üçün çox sağ olun demək istəyirəm. Çalışıram onları məyus etməyim, axı onlar mənə görə narahat olurlar!

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah