Fotoreportaj|Video|На русском

Futbol

Orxan Sadıqlı: İnter hər iki turnirdə uğurlu nəticə üçün mübarizə aparır

21 dekabr 2016 11:10

"İnter"in qapıçısı Orxan Sadıqlı Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "İnter"in yarımfinala vəsiqəni böyük ölçüdə təmin etdiyini demək olar?
- Gəncədəki cavab matçı çox çətin olacaq. Oyuna çox ciddi hazırlaşmışıq. Uğurlu nəticəyə imza atıb, yarımfinala vəsiqəni təmin etməliyik.

- Axı ilk oyundakı 2:0 hesablı qələbə sizə böyük üstünlük qazandırıb...
- "Kəpəz"lə oyunlarımız həmişə çətin keçir. Buna görə də yarımfinala vəsiqənin taleyinin hələ həll olunmadığını düşünmürəm. 2:0 yarımfinala zəmanət vermir. Gəncə stadionunun vəziyyətini hər kəs bilir. Ağır oyun olacaq. Amma ümid edirəm ki, matçı zədəsiz, problemsiz və uğurlu nəticə ilə başa vurub, yarımfinala çıxacağıq.

- Mütəxəssislərin fikrincə, "İnter" bu mövsüm çempionatla müqayisədə kubokun qalibi olmağa daha şanslıdır...
- Biz hər iki turnirdə uğurlu nəticə üçün mübarizə aparırıq. Uğura inanırıq.

- Premyer Liqanın bu ilki son turunda "Qarabağ"la səfərdə qolsuz heç-heçəyə razılaşdınız. Həmin oyunda xal qazanmağınızda ən böyük pay sahiblərindən biri də siz oldunuz...
- "Qarabağ"ı, bu komandanın gücünü hamı yaxşı bilir. Meydana çıxan hər bir futbolçumuz öz tapşırığının öhdəsindən layiqincə gəldi. Bu mövsüm "Qarabağ"dan 4 xal almağımız çox yaxşı nəticədir. Həmin gün uğur mənim tərəfimdə oldu və komandama kömək edə bildim. Amma heç-heçəyə bütöv komandamızın uğurlu çıxışı sayəsində nail olduq.

- Deyilənə görə, oyundan sonra rəqib oyunçular sizi təbrik ediblər...
- Bəli, "Qarabağ"ın bir neçə futbolçusu məni təbrik etdi. Sağ olsunlar.

- "İnter" "Qarabağ" və "Qəbələ" ilə çempionluq uğrunda mübarizə apara bilər?
- Hədəfimiz budur. Əsas tapşırıq isə ilk üçlükdə qərarlaşmaqdır. Amma mövsümün sonunda birinci yeri tutsaq, bu da sürpriz sayılmamalıdır.

- "İnter"dəki çıxışınızdan razısınız?
- 9 il "Xəzər Lənkəran"da oynamışam, indi isə "İnter"dəyəm. Buradakı oyunçuların çoxunu tanıyıram, bu yöndə hansısa problemim olmayıb. İki dəfə özümü göstərməyə şans veriblər: biri kubokda, digəri çempionatda. Şadam ki, hər iki oyunda ümidləri doğrultmuşam.

- Səlahət Ağayevlə rəqabət necədir?
- Səlahət komandanın əsas qapıçısıdır. Uzun illərdir burada çıxış edir, yığmaya dəvət alır. Hər birimiz rəqabət aparmaqla klubumuzun uğurlu çıxışına çalışırıq. Kimin meydana çıxmasının önəmi yoxdur. Əsas "İnter"in qələbəsidir.

- "Xəzər Lənkəran"ın hazırda Premyer Liqada olmamasına münasibətiniz necədir?
- Bu klubun yoxluğu həm region, həm də Azərbaycan futbolu üçün mənfi haldır. Ən böyük azarkeş ordusu olan klub idi. Onlarsız da futbol olmur. Orada futbolçular üçün hər cür şərait var idi. Amma məlum hadisələr vəziyyəti bu həddə gətirib çıxardı. İnanıram ki, XL gələcəkdə yenidən çempionatda olacaq.

Baxılıb: 672
Sorğu

Nəticələr

Cəmi səslər: 63
Azərbaycan çempionatı
KomandaOQHMTFX
Qarabağ14102226-632
Qəbələ1494130-731
İnter1467121-1225
Sumqayıt1445513-1817
Kəpəz1436510-1315
Zirə1443711-1515
Neftçi1430119-309
AZAL141586-258
DÇ - 2018
KomandaOQHMTFX
Almaniya440016-012
Ş.İrlandiya42118-27
Azərbaycan42112-47
Çexiya41212-45
Norveç41035-73
San Marino40041-170
Avropa Liqası. C qrupu
KomandaOQHMTFX
Sent-Etyen63308-512
Anderlext632116-711
Maynts62318-109
Qəbələ60065-140
Avropa Liqası. J qrupu
KomandaOQHMTFX
Fiorentina641115-613
PAOK63127-610
Qarabağ62137-127
Slovan61147-124
Top-10 (son 4 gün ərzində)
12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu17:00 Şahin Diniyev: Bir qol lazım idi ki, ardı gəlsin16:20 Mütəmadi oynamaq üçün 6 min kilometr uzaqdakı Bakıya16:10 İnterin yeni prezidentindən komandaya təbrik15:30 Zaur Svanadze: Uşaqlar əzmkarlıq göstərdilər15:00 Şəmkir daha bir futbolçu transfer etdi14:45 Samir Musayev: Qarabağ möcüzəyə imkan verməyəcək
BAKU 2020
Neftchi fan shop