Dadaşov oynadı, komandası qələbə qazandı
10 dekabr 2016 12:00
Almaniyanın Şimal-Şərq Regional Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Budissa" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Oyuna start heyətdə başlayan Dadaşov 90 dəqiqəd meydanda olub.
Qeyd edək ki, 17 turdan sonra "Moyzelvits" 18 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.