Əzizov oynadı, komandası evdə xal itirdi
10 dekabr 2016 01:00
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Helmond Sport"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Ziya bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Den Boş" 18 turdan sonra 22 xalla 20 komanda arasında 14-cüdür.