Şeydayevsiz Trabzonspor qələbə qazandı
10 dekabr 2016 00:30
Futbol üzrə Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi doğma meydanda "Adanaspor"la qarşılaşıb. Ramilin komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.
Şeydayevin adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Trabzonspor" 14 turdan sonra 18 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.