Əliyar Ağayevin 1-ci kateqoriya alması xəbəri yalan çıxdı
9 dekabr 2016 15:45
2016/2017 mövsümü üçün FİFA hakimlərinin siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı FİFA referisi Əliyar Ağayevin birinci kateqoriyaya keçiriləcəyi gözlənilsə də, bu, baş verməyib.
Belə ki, Əliyar yeni siyahıda da ikinci kateqoriyada qalıb. Rəhim Həsənovla Ömər Paşayev isə üçüncü kateqoriyadadır.
Qeyd edək ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Əliyarın birinci kateqoriyaya yüksəldiyini bildirmişdi.