Kamran Ağayev: Qarabağa görə çox məyus oldum
9 dekabr 2016 14:30
Azərbaycan yığmasının və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev bəyan edib ki, sabah 13-cü tur çərçivəsində "Vitoriya" ilə oyunda meydana çıxa biləcək. Azerisport.az saytına açıqlamasında o, "Qarabağ"ın Avroliqada İtaliya "Fiorentina"sına məğlubiyyətini də şərh edib:
"Pasuş de Ferreyra" ilə son oyuna demək olar ki, məşq etmədən çıxmışdım. Oyundan bir gün öncə ayağımdakı sarğını açdılar. Amma mən komandaya lazım idim və meydana çıxmalıydım. İndi də yüngül ağrılar qalıb. Amma böyük ehtimalla, sabah oynayacağam. Ötən gün "Qarabağ"a görə çox məyus oldum. Komanda pley-offa çıxmağa layiq idi. Dino Ndlovu birinci hissədə qol vursaydı, hər şey tam fərqli olacaqdı".