Vəli Qasımov: Sözlərimi kimin necə qəbul etdiyiyini bilmirəm, bu, sadəcə, mənim proqnozumdur
9 dekabr 2016 13:15
"Neftçi"nin sabiq baş məşqçisi Vəli Qasımov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sına məğlubiyyətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın pley-offa çıxa bilməməsi üzücü oldu. İkinci hissədə komandamızın gücü çatmadı. "Fiorentina" kimi rəqiblərə qarşı qələbəyə oynamaq çətindir. Bu, tamamilə fərqli səviyyəli klubdur. Oyundan öncə Ağdam klubunun böyük hesabla uduzacağına dair verdiyim proqnoza gəlincə, bunu kimin necə qəbul etdiyini deyə bilmərəm. Bu, sadəcə, mənim proqnozum idi. Obyektiv fikrimi söyləmişdim. Kimin nə düşündüyünü bilmirəm. İlin ən yaxşı baş məşqçisi adını Qurban Qurbanova vermək olar. O, sabit komanda yaradıb, çox böyük işlər görüb".