Azərbaycan 26-cı sırada bitirdi
9 dekabr 2016 11:00
"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin son turundakı məğlubiyyətləri Azərbaycanın UEFA klub reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib. Azerisport.az xəbər verir ki, 26-cı pilləyə düşən ölkəmizin hesabında 17,750 reytinq xalı var.
Xallarının sayını 18,050-ə çatdıran Kipr siyahıda Azərbaycanı qabaqlayıb. Hazırda ən yaxın izləyicimiz Bolqarıstandır - 15,625.
Xatırladaq ki, Azərbaycan ötən avrokubok mövsümünü də 14,875 xalla 26-cı sırada bitirmişdi.