Kəpəz bəyanat yaydı: Belə müraciətlər həqiqəti əks etdirmir
9 dekabr 2016 00:00
"Kəpəz" bəyanat yayıb. Azerisport.az xəbər verir ki, bəyanatda bunlar qeyd edilib:
"Qış transfer pəncərəsinin açılmasına az müddətin qaldığı vaxtda “Kəpəz” PFK-nın adından sui istifadə halları yenidən aktuallaşıb. Belə ki, bu günlərdə Gəncə klubunun adından yararlanmaqla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət olunaraq Kamerundan dəvət edilən futbolçulara vizaların açılması xahiş olunub. Saxta məktubda “Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri Elmir Vəliyev klubun prezidenti kimi təqdim olunub, kluba aidiyyatı olmayan möhür vurulub.
Bu cür halların baş verməsindən təəssüflənən “Kəpəz” PFK ictimaiyyətə bəyan edir ki, klubumuzun adından futbolçu transferi ilə bağlı hazırlanan belə müraciətlər həqiqəti əks etdirmir.