Ramaldanov: Kolxetidən ayrıldım, Azərbaycanda oynamaq istəyirəm
Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubundan ayrılıb. Azerisport.az saytına açıqlamasında bunu o, özü bəyan edib:
"Müqaviləmin müddəti başa çatdığı üçün Bakıya qayıtdım. "Kolxeti" yenə məni heyətində görmək istəyir. Amma hələ onlara cavab verməmişəm. Azərbaycanda oynamaq istəyirəm. Gürcüstanda oynamaq mənim üçün xoş idi. Onların maraqlı çempionatı var. Eşitmişəm ki, Batumi "Dinamo"su və Kutaisi "Torpedo"su mənə dəvət göndərmək istəyir. Fikrimcə, bu komandalarda oynamaq mənim üçün heç də çətin olmaz. Gürcüstan çempionatında vaxtilə Azərbaycanda oynamış çoxlu futbolçuya rast gəldim. Bolkvadzeni, Lomayanı, Gelaşvilini, Qonqadzeni gördüm. Azərbaycan və Gürcüstan çempionatlarını müqayisə edə bilmərəm. Amma "Qarabağ"la "Qəbələ" Gürcüstan klublarından güclüdür".