Qarabağın Fiorentina ilə matçında anşlaq gözlənilir
7 dekabr 2016 14:20
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" və İtaliyanın "Fiorentina" klubu arasında keçiriləcək oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu görüş üçün 13 minə yaxın bilet satılıb.
Təşkilatçılar qarşılaşmada anşlaq olacağını bildirirlər.
Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" matçı sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.