Fotoreportaj|Video|На русском

Futbol

Aleksandr Çertoqanov: Azərbaycanlılarda futbola maraq çox azdır

7 dekabr 2016 12:20

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanovun azerisport.az saytına müsahibəsi

- "Sumqayıt"da futbolçu karyeranızı başa vurandan sonra sizdən xəbər yox idi. Azərbaycana yenidən qayıtmağınızda məqsəd nədir?
- Burada bəzi şəxsi işlərim vardı. Həm də çoxlu dostum var ki, onları görmək istəyiəm. Fikrimcə, buraya tez-tez gəlməli olacağam (gülür).

- Futboldan tam uzaqlaşmısınız?
- Bəli, hələ futboldan kənaram. Hər hansı planım da yoxdur. Mənə məşqçilik kursuna qatılmaq təklif olunub. Alınsa, ola bilsin ki, özüm üçün bunu edim.

- Siz gedəndən bəri Azərbaycan futbolunda nə dəyişib?
- Çox şey dəyişib. Artıq Premyer Liqada legioner sayı azalıb. Bu, yerli futbolçular üçün yaxşıdır. Çünki oynamaq şansı əldə edirlər. Amma rəqabət azalıb ki, bu da Azərbaycan futbolu üçün pis məqam sayıla bilər. "Qəbələ" artıq ikinci ildir Avropa Liqasının qrup mərhələsində oynayır, amma insanlar onun oyunlarına gedib dəstək olmurlar. Bu klubun ev oyunlarına hər baxanda təəssüf hissi keçirirəm. Çünki boş tribunaları görmək heç də xoş deyil. Ola bilər komanda uğursuz çıxış etsin, amma bu, tribunaları o şəkildə boş qoymağa əsas vermir. Əhalidə futbola maraq çox azdır.

- Siz bunu nə ilə izah edərdiniz?
- Dediyim kimi, Azərbaycan çempionatında rəqabət aşağıdır. İndi cəmi iki klub arasında rəqabət var, bunlar da "Qarabağ"la "Qəbələ"dir. Əvvəllər klublar arasında bu qədər uçurum yox idi. İstənilən komanda liderlə baş-başa mübarizə aparırdı. Azarkeş öncədən nəticəni bildiyi halda "Qarabağ"ın hansısa autsayderlə oyununa niyə getsin ki? Region komandalarının da sayı azalıb. Halbuki, əhali məhz regionlardakı oyunlara daha böyük maraq göstərirdi. Bölgələrdə futbola daha böyük sərmayə qoymaq lazımdır.

- "Qəbələ"nin ötən mövsümlə müqayisədə, bu mövsüm Avroliqada daha zəif çıxış etməsinin səbəbini nədə görürsünüz?
- Bu, Avroliqadır. "Qəbələ" üçün ardıcıl ikinci il qrup mərhələsində oynamaq da uğurdur. Əsas odur ki, klub bu turnirdə təmsil olunur. Gənc, iddialı klubdur, insanlar çalışırlar. Yaxın illərdə nəticə də gələcək. Bu komandanın işləri hazırda o qədər də pis deyil.

- Amma "Qarabağ" onlardan fərqli pley-offa çıxa bilər...
- Təbii ki, Ağdam klubu daha böyük təcrübəyə malikdir. Ardıcıl üçüncü mövsümdür qrup mərhələsində oynayırlar. Onlara bir qədər asandır.

- "Fiorentina" ilə oyuna gedəcəksiniz?
- Televizordan baxacağam (gülür). Onu deyim ki, ağdamlıların şansı azdır. PAOK-un öz meydanında "Slovan"ı məğlub edəcəyi şübhə doğurmadığından, "Qarabağ" da "Fiorentina"ya qalib gəlməyə çalışmalıdır. Ağdam klubunun oyununda cüzi də olsa, geriləmə var. Heyətdə də itkilər mövcuddur. Ümid edək ki, tribunaların dəstəyi, oyunçuların meydanda canını qoyması ayəsində uğur qazanmaq mümkün olacaq.

- Yığmamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsindəki çıxışı sizi təəccübləndirmir?
- Nəticələr təbii ki, təəccübləndirir. Amma sərgilənən oyunda bunu hiss etməmişəm. Yığmada uşaqlar həmişə meydanda can qoyublar. Bu tempdə də davam etmək lazımdır. Oyun baxımından da artırmağa ehtiyac var. Bilirəm ki, yığmada oynamaq çox çətin və məsuliyyətlidir.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah