Junior Nildo: Azərbaycana qayıtmağa hazıram
7 dekabr 2016 00:50
Polşanın "Olimpiya" klubunun hücumçusu Junior Nildo bəyan edib ki, "İnter" və ya Azərbaycanın hansısa digər klubuna qayıtmağa hazırdır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qış transfer pəncərəsi yaxınlaşır. Təkliflər həmişə var. Daim yeni təkliflərə baxmağa hazıram. Azərbaycandan da təklif olsa, baxmağa hazıram. Amma "İnter"dən ayrılandan sonra ölkənizdən heç bir təklif almamışam. "İnter" məni qaytarmaq istəsə, Azərbaycana qayıtmağa hazıram. Azərbaycanın istənilən klubunda oynamağa hazıram. Premyer Liqanızı yaxşı tanıyıram. Ona görə də qayıtmağım əla olardı".