Tahir Süleymanov: Əliyar Ağayev sonuncu uğurlu hakimimiz olmayacaq
Sabiq FİFA referisi Tahir Süleymanov Əliyar Ağayevin birinci kateqoriyalı FİFA referisi adını almaq şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son 10 ildə Azərbaycan futbolunda böyük irəliləyiş var ki, bu inkişaf hakimlikdən də yan keçməyib. Son illərdə Azərbaycanın üç klubu Avropa Liqasının qrup mərhələsində çıxış edib. Bütün bunlar da nəzərə alınır. Hansı ki, Əliyar Ağayevə güvənməyə başlayıblar. O, perspektivli hakimdir. Birinci kateqoriyaya keçirilsə, çox böyük uğur olar. Ağayevin yaşını nəzərə alsaq, o, gələcəkdə nəinki ÇL, hətta AÇ və DÇ-lərin də final mərhələsinin oyunlarını idarə etmək şansı qazanacaq. Ola bilər ki, hətta nə vaxtsa azərbaycanlı hakimi AÇ və ya DÇ-nin final oyununda da görək. Ona uğurlar arzulayıram. Yaxın gələcəkdə digər perspektivli hakimlərimizin də öz sözünü deyəcəyinə şübhə etmirəm. Əliyar bizim sonuncu uğurlu hakimimiz olmayacaq".